Azərbaycan və Rusiya arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib
26 Noyabr 2018 18:32 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Saziş 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanıb.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyinə tapşırılır ki, sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31