Oqtay Əsədov: "Bu qanunlara yenidən baxmaq lazımdır"
27 Noyabr 2018 14:10 SiyasətMilli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələr zamanı Milli Məclisin spikeri Oqtay Əsədov maliyyə naziri Samir Şərifova müraciət edərək sözügedən qanun layihələrə yenidən baxılmasını təklif edib: "Hörmətli maliyyə naziri Samir Şərifov, hesab edirəm ki, növbəti ildə "Ehtiyac meyarı" və Yaşayış minimumu" haqqında qanunlara yenidən baxmaq lazımdır".
Müzakirələrdən sonra qanun layihəhələri II oxunuşda qəbul edilib.
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31