2019-cu ilin dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsait artırılıb
27 Noyabr 2018 13:27 Siyasət2019-cu ilin dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsait artırılıb.
Bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.
Nazirin sözlərinə görə, 2019-ci ilin dövlət büdcəsindən Milli Məclisin saxlanması xərclərinə əlavə olaraq 10,1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulmuşdu.
Deputatlar Milli Məclisin beynəlxalq fəaliyyəti ilə bağlı maliyyə çətinliklərinin olması barədə məsələ qaldırmışdılar.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31