Daxili siyasət

"Qərəzli təşkilatların siyasi oyun qurmaq ənənəsi yeni deyil"

8 Yanvar 2019 16:21

“Mehman Hüseynov yeni həbs ediləndə demişdim ki, o, kökü beynəlxalq mənbələrə bağlanan “Qrant və şər şəbəkəsinin” qurbanıdır. Bunu təsadüfdən deməmişdim: Azərbaycan ətrafında on illər boyunca oynanılan oyunlara, eyni zamanda Mehman Hüseynovun ailə üzvlərinin həmin dövrdəki açıqlamalarına əsaslanıb demişdim. Mehman Hüseynov, sözün həqiqi mənasında uşaqdır. Yaşı, təhsili, təcrübəsi iddialarına adekvat deyil”. Bu fikirləri Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Radikalların Mehmandan yararlanmaq cəhdi

8 Yanvar 2019 15:31

Yaxud növbəti qrant istəyi

“Demokratiya aşiqləri”nin vətən sevdası

8 Yanvar 2019 12:55

Azərbaycana qarşı olan qüvvələr son zamanlar öz əlaltılarını yenidən fəallaşdırıblar. Bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə ölkəmiz əleyhinə yazılar yazdırılır, paylaşımlar edilir. Bu ayın sonunda Avropa Birliyi ilə Azərbaycan arasında dialoqun aparılacağı ərəfədə bu təsadüf sayıla bilməz. Azərbaycana, ayrı-ayrı hökumət nümayəndələri barədə məqsədli yayılan qarayaxmalara münasibət bildirən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi kimi onlar işğalçı Ermənistanın xüsusi xidmət orqanları ilə birbaşa işləyən və külli-miqdarda vəsait alan, dövlətimizə qarşı açıq düşmənçilik edənlərlə bir sırada duran ünsürlərdən başqa bir şey deyil. Xaricdə oturub guya Azərbaycanda demokratiya uğrunda “mübarizə apardıqlarını” iddia edən qrant dəllalları etdikləri ilə yalnız xarici anti-Azərbaycan qüvvələrin pullarını yumaq, üzərlərinə götürdükləri çirkli öhdəlikləri yerinə yetirməyə xidmət edirlər.

"Mehman Hüseynovla bağlı kampaniyanın əsl məqsədi Azərbaycana təzyiq göstərmək cəhdidir"

7 Yanvar 2019 18:15

Ümumiyyətlə, Mehman Hüseynov heç vaxt jurnalist fəaliyyəti göstərməyib, onun kimilərinin məqsədi yalnız Azərbaycan haqqında mənfi rəy yaratmaq olub. Bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

"Onların məqsədi Mehmanın azad olunması deyil"

7 Yanvar 2019 17:50

Bu gün Mehman Hüseynovun hüquqlarının qorunmasında ən çox marağı olan tərəf Azərbaycan dövlətidir. Bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, sosial şəbəkələrdə bir qrup insan Mehman Hüseynov adlı bir nəfərin məsələsini siyasiləşdirməyə, bunu siyasi şüur səviyyəsinə qaldırmağa çalışır: