“Demokratiya aşiqləri”nin vətən sevdası
Azərbaycana qarşı olan qüvvələr son zamanlar öz əlaltılarını yenidən fəallaşdırıblar. Bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə ölkəmiz əleyhinə yazılar yazdırılır, paylaşımlar edilir. Bu ayın sonunda Avropa Birliyi ilə Azərbaycan arasında dialoqun aparılacağı ərəfədə bu təsadüf sayıla bilməz. Azərbaycana, ayrı-ayrı hökumət nümayəndələri barədə məqsədli yayılan qarayaxmalara münasibət bildirən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi kimi onlar işğalçı Ermənistanın xüsusi xidmət orqanları ilə birbaşa işləyən və külli-miqdarda vəsait alan, dövlətimizə qarşı açıq düşmənçilik edənlərlə bir sırada duran ünsürlərdən başqa bir şey deyil. Xaricdə oturub guya Azərbaycanda demokratiya uğrunda “mübarizə apardıqlarını” iddia edən qrant dəllalları etdikləri ilə yalnız xarici anti-Azərbaycan qüvvələrin pullarını yumaq, üzərlərinə götürdükləri çirkli öhdəlikləri yerinə yetirməyə xidmət edirlər.
8 Yanvar 2019 12:55 SiyasətAzərbaycana qarşı olan qüvvələr son zamanlar öz əlaltılarını yenidən fəallaşdırıblar. Bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə ölkəmiz əleyhinə yazılar yazdırılır, paylaşımlar edilir. Bu ayın sonunda Avropa Birliyi ilə Azərbaycan arasında dialoqun aparılacağı ərəfədə bu təsadüf sayıla bilməz. Azərbaycana, ayrı-ayrı hökumət nümayəndələri barədə məqsədli yayılan qarayaxmalara münasibət bildirən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi kimi onlar işğalçı Ermənistanın xüsusi xidmət orqanları ilə birbaşa işləyən və külli-miqdarda vəsait alan, dövlətimizə qarşı açıq düşmənçilik edənlərlə bir sırada duran ünsürlərdən başqa bir şey deyil. Xaricdə oturub guya Azərbaycanda demokratiya uğrunda "mübarizə apardıqlarını" iddia edən qrant dəllalları etdikləri ilə yalnız xarici anti-Azərbaycan qüvvələrin pullarını yumaq, üzərlərinə götürdükləri çirkli öhdəlikləri yerinə yetirməyə xidmət edirlər.
Belələrindən biri olan Elçin Əskərov Orduxan Teymurxan, Məhəmməd Mirzəyev, Tural Sadıqlının yolunu davam etdirərək son zamanlar sosial şəbəkələrdə fəallaşıb, "youtube"da canlı yayım edərək əhalini etiraza çağırır. Orduxanın davamçısı olmaqla fəxr etdiyini deyən, normal danışıq qabiliyyəti belə olmayan bu adamı dil-dil ötdürən isə təbii ki, aldığı qrantlardır. Azərbaycanda taksi sürücüsü kimi fəaliyyət göstərən Elçin Əskərovdan havadarları sonradan "siyasətçi" obrazı yaratdılar. O, bir müddət əvvəl xain diplomat kimi ad çıxaran sabiq səfir Arif Məmmədov və hər zaman Azərbaycanın düşmənlərinin yanında yer alan Qənimət Zahidin təsisçisi olduğu AND (Azərbaycan Naminə Demokratiya - Azerbaijan needs democracy) təşkilatı sıralarında daha çox fəallıq göstərirdi. Sonradan Elçin Əskərov özünə əlavə sığınacaq tapdı. Özünü demokrat kimi göstərmək istəyən hansısa Anti-Azərbaycan qüvvələri tərəfindən yaradılan DAS (Demokratik Azərbaycanı Seç) təşkilatı sıralarında ağalarının sifarişini yerinə yetirməyə başladı. Hazırda sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı aparan Elçin Əskərov sabah istənilən "Vətən satqınları" qrupunun üzvü ola bilər. Yetər ki, orada bir qarın çörəyə görə Vətəni də satmağa hazır olanlar cəmlənsin və Elçinə də havadarlarından tapşırıq gəlsin. Maraqlıdır ki, hətta öz yaxınlarının yanında belə hörməti olmayan Elçin Əskərov kimiləri indi sosial şəbəkələr vasitəsi ilə ölkədə inqilaba çağırışlardan, böyük dəyişikliklərdən danışırlar. Avropaya sığınıb ayda 20-30 avro pul alaraq tüfeyilli həyat tərzi sürən bu "inqilabçı"lar vətəninə xəyanət edərək dövlətin mənafeyini xarici havadarlarına satmaqdan çəkinmir. Sosial şəbəkələrdəki statuslarına, apardıqları fəaliyyətə baxanda da bu adamların psixoloji problemlərinin olduğu aydın görünür. "İnqilab"dan daha öncə bu insanların psixoloji müalicəsinə ehtiyac var. Bəlkə müalicədən sonra az da olsa normal danışıq öyrənə bildi. Sosial dövlət olan Almaniya bu insanların Azərbaycan əleyhinə fəaliyyəinə şərait yaratmazdan öncə yaxşı olardı ki, müalicəsini həyata keçirsin.
Amma bütün hallarda Vətənə xəyanət yolunu seçən Əskərov kimilərı bilməlidir ki, etdikləri hərəkətlərə görə, nə zamansa cavab verməli olacaqlar. Həmin zaman isə o qədər də uzaqda deyil. Ən qısa müddətdə Azərbaycanın hüquq-mühafizə orqanları onları sığınacaqlarından çıxarıb ədalət mühakiməsi qarşısına çıxararaq onları etdikləri cinayətə görə cavab vermələrini təmin edəcək.
Füzuli