Siyavuş Novruzov: “Bəzən bayrağımız düzgün asılmır”
2 Aprel 2021 11:35 Daxili siyasət"Bəzən bayrağımız düzgün asılmır. Biz dövlət atributları haqqında qanun qəbul etmişik. Bizim bayrağa böyük sevgimiz var. Bununla yanaşı, atributlardan parlamentin qəbul etdiyi qaydalara uyğun olaraq istifadə etməliyik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. Deputat əlavə edib ki, bu gün Azərbaycan ərazi bütövlüyünü tam təmin edib: "Müharibə dövründə Azərbaycan xalqı Azərbaycan Prezidentinə, ordusuna dəstək göstərdi. Bu müddət ərzində hər kəs Azərbaycan bayrağını əllərində, çiyinlərində daşıdı, öz sevgisini göstərdi. Müəyyən müddət keçdikdən sonra biz bayrağımızın, dövlət atributlarının asılması qaydasına yenidən baxmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31