Siyasi partiya sədrləri Qarabağa gediblər
17 Mart 2021 10:34 Daxili siyasətAzərbaycanda qeydiyyatda olan 50-yə yaxın siyasi partiyanın rəhbəri bu gün işğaldan azad olunmuş ərazilərə səfər edib."Olaylar"ın xəbərinə görə, səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir. Siyasi partiya rəhbərləri ilk olaraq Ağdama səfər edəcəklər. Məlumata görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də partiya rəhbərləri ilə Ağdama yollanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31