"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirib
26 Fevral 2021 14:13 Daxili siyasətXocalı soyqırımının 29-cu ildönümü münasibətilə "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti onlayn konfrans keçirib. "OLAYLAR" xəbər verir ki, videokonfransı moderator, Cəmiyyətin baş katibi Salatın Məmmədli açıq elan edərək spikerləri, eləcə də iştirakçıları salamladı və Xocalı soyqırımı haqda qısa məlumat verdi. Tədbir Xocalı şəhidlərini bir dəqiqəlik sükutla yad etməklə başladı. İlk olaraq çıxış üçün söz "Qala" Cəmiyyətinin sədri Rəşid Məmmədova verilib. Sədr çıxışında Xocalı qətliamı haqda qısa danışıb. Azərbaycanın Yunanıstan və Albaniyada fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov, Millət vəkili, Azərbaycan-Yunanıstan Parlamentlərarası işçi qrupunun rəhbəri Bəhruz Məhərrəmov, Millət vəkili Elman Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, Türkiyə Cümhuriyyətinin Salonik şəhərində fəaliyyət göstərən baş konsulu Efe Ceylan, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, BDU-nun Hüquq fakultəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev, Diaspor Fəaliyyətinə Jurnalistlərin İctimai Birliyinin sədri Fuad Hüseynzadə, Diaspor araşdırmaçı Elnur Eltürk, politoloq, siyasi şərhçi İlyas Hüseynovun da spiker olduğu videokonfrasda Xocalı soyqırımı haqda müxtəlif fikirlər söylənilib. Bildirilib ki, erməni separatçılarının 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə xüsusi qəddarlıqla törətdiyi Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı apardığı işğalçı siyasətdə ən qanlı ləkədir. Vurğulanıb ki, Azərbaycan dövlətinin apardığı siyasət və diqqət sayəsində Yer kürəsinin ən ucqar guşələrində belə, azərbaycanlılar 26 fevralı matəm günü kimi qeyd edir, "Xocalıya ədalət" aksiyası keçirir. Qeyd olunub ki, bu soyqıyrımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş ağır cinayətlərdən biridir.