Sumqayıtda 21 yaşlı qız 2-ci mərtəbədən yıxıldı: vəziyyəti ağırdır
9 Dekabr 2018 17:10 SosialSumqayıt şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.
"Report" bildirir ki, 1997-ci il təvəllüdlü Familzadə Gülnar Elşad qızı yaşadığı Sumqayıt şəhərinin 26-cı məhəlləsində yerləşən Energetika sanatoriyasının 2-ci mərtəbəsindən yıxılıb.
Hadisəyə ehtiyatsızlıq səbəb olub. Yerə düşən 21 yaşlı qız dərhal xəsətəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31