Gənclər turizm mövzusunda maarfiləndiriləcək
Maarifçi Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası ictimai birliyi Lənkəranda “Gənclər üçün turizm bələdçiliyi üzrə qış məktəbi” adlı yeni bir layihənin həyata keçirilməsinə başlayıb.
1 Dekabr 2016 13:42 SosialMaarifçi Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası ictimai birliyi Lənkəranda "Gənclər üçün turizm bələdçiliyi üzrə qış məktəbi" adlı yeni bir layihənin həyata keçirilməsinə başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, layihə 01 dekabr 2016-cı il - 28 fevral 2017-ci il tarixlərini əhatə edəcək. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 6500 AZN təşkil edir. Layihənin məqsədi turizm bələdçiliyi mövzusunda gənclərin maarifləndirilməsindən və məlumatlandırılmasından ibarətdir. Layihə çərçivəsində respublika üzrə 18-29 yaş arası 25 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda 06-08 yanvar 2017-ci il tarixlərində 3 günlük təlim kursları keçiriləcək. Bununla yanaşı, layihə çərçivəsində həyata keçirilən tədbirin nailiyyətləri, nəticə və yekunu barədə 11 fevral 2017-ci il tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulur.