“Miras” milli geyimləri bərpa edəcək

"Miras" İctimai Birliyinin yeni layihəsi arxeoloji materiallar əsasında milli geyimlərin bərpasını nəzərdə tutur. Bu məqsədlə Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, "Miras" üzvləri Gülşən Hüseynova və Nuridə Hüseynova İstanbulda iki laboratoriyada işgüzar görüşlər keçiriblər. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nuridə Hüseynova laboratoriyaların birində qısamüddətli təcrübə mübadiləsi keçib. "OLAYLAR"ın məlumatına görə, İstanbul səfərinin əsas məqsədi Avropa Arxeoloqlar Assosiasiyasının XX İllik görüşündə Azərbaycanı layiqincə təmsil etmək idi. Bu məqsədlə "Miras" İctimai Birliyi tədbirdə Birliyin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin və "Miras" üzvü Gülşən N.Hüseynovanın həmmüəllif olduqları "Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi Mədəni İrsin İdarə Olunması Modeli kimi" mövzusunda posterlə iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31