Bakı-Novxanı veloturu keçiriləcək

Sentyabrın 7-də Binəqədi rayonu ərazisində Bakı-Novxanı veloturuna start veriləcək. "OLAYLAR"-ın xəbərinə görə, velotur "Təmiz Binəqədi" layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin və Təbiət Dostları GİB-nin nəznində Yaşıl Velosipeçilər Klubunun birgə əməkdaşlığı ilə həyata keçirilir.

Qeyd edək ki, tura Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələri və Təbiət Dostları GİB-nin "Gənc Təbiət Dostu" adlı təlimçilər üçün təlimin yerli və xarici iştirakçıları da qoşulacaq.  Veloturdan sonra ekoloji movzuda həm tur iştiakçıları həm də layihə iştirakçıları üçün kiçik seminar nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31