İqtisadiyyatın şaxələndirilməsində yeni vasitə-dərman istehsalı

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı diqqət yetirdiyi məsələlərdən biri də ölkədə dərman istehsalı ilə bağlı idi. Dövlət başçısının çıxışından məlum oldu ki, yaxın zamanlarda dərman istehsalına başlanacaq və dərman preparatları istehsal edəcək fabriklərin tikilməsi gündəlikdədir.

Bu ölkəyə əlavə valyuta gətirəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı diqqət yetirdiyi məsələlərdən biri də ölkədə dərman istehsalı ilə bağlı idi. Dövlət başçısının çıxışından məlum oldu ki, yaxın zamanlarda dərman istehsalına başlanacaq və dərman preparatları istehsal edəcək fabriklərin tikilməsi gündəlikdədir.

İqtisadçı Rövşən Ağayev deyir ki, bu qeyri-neft sektorunun inkişafı və iqtisadiyatın şaxələndirilməsi baxımından cəlbedici bəyanatdı. Amma ortada çox mühüm bir sual var: dərman istehsalı üçün hansı şərtlər tələb olunur?. İqtisadçı deyib ki, dərman sənayesinin əsas fərqləndirici cəhəti sıx və böyük həcmdə elmi-tədqiqat işləmələri üçün sərmayə tələb etməsidir: "Bu gün dünyada elmi tədqiqat üçün çəkilən xərclərin strukturunda 15% payla məhz dərman sənayesi 1-ci yerdə dayanır və hər il təxminən 150-160 milyard dollar xərclənir. Tibbi, bioloji və kimya sahəsində elmi ptensial elə səviyyədə olmalıdır ki, istehsal elədiyin məhsul Dünya Səhiyyə Təşkilatının işlədiyi və dərman istehsalında dünya norma və standartlarını müəyyən müəyyən edən "Yaxşı istehsal təcrübələri"nə cavab verə bilsin. Məlumat üçün deyim ki, Türkiyə kimi tibb sənayesi və elminin inkişaf etdiyi ölkə klinik araşdırmaların sayına görə, Avropa və ABŞ-dan on dəfələrlə geri qalır. Halbuki Türkiyənin 10-dək universitetinin nəzdində fəaliyyət göstərən texnoloji inkişaf bölgələrində dərman istehsalı sahəsində elimi araşdırmalar aparılır. Əlavə olaraq, Türkiyədə 5 dərman şirkərinin özünün böyük elmi-tədqiqat mərkəzi mövcuddur". Rövşən Ağayevin szlərinə görə, dərman sənayesi üçün elmi mərkəzlərin qurulması üçün köklü baza olmalıdır: "Məsələn, Türkiyədə dərman sənayesi üçün elmi-tədqiqat mərkəzləri üçün kadr yetişdirən infrastruktura diqqət yetirək: ölkənin müxtəlif universitetlərində 31 kimya mühəndisliyi, 46 kimya, 28 kmya texnologiyası, 49 bioloji, 81 tibb, 34 genetik və molekulyar bölmə fəaliyyət göstərir. Nəzərə alaq ki, Türkiyə hələ dərman istehsalına görə dünyada 31-ci sırada yer alan bir ölkədə. Azərbaycan bazarı böyük bazar deyil - illik dərman istehlakı xərclərinin real həcmi 650-700 milyon manatı manatı ötmür. Bu dərman dövriyyəsinin əhəmiyyətli hissəsi şiş və qan xəstəlikləri ilə bağlı yüksək texnologiya və elmi baza tələb edən dərmanlardır ki, bu dərmanları hətta Türkiyə yaxın illərdə istehsal etmək gücündə olmadığını etiraf edir. Əgər söhbət ən yaxşı halda 200-250 milyon manatlıq dövriyyəsi olan bir sənayenin yaradılmasından gedirsə, bu istər ÜDM və məşğulluğa, istərsə də büdcəyə qatqısı baxımından yeni sənayenin potensialının böyük ola bilməz. Ona görə yerli dərman sənayesi kiçik daxili bazara deyil, yalnız ixrac dayalı qurulmalıdır. İxrac isə rəqabətabiliyyətli (həm qiymət, həm keyfiyyət baxımından) məhsul sayəsində mümkündür". İqtisadçı bildirib ki, hazırda dünya dərman bazarının həcmi 1 trilyon dollar təşkil edir: "Bazarın 95%-i transmilli şirkətlərin, o cümlədən 65%-i Şimali Amerika (ABŞ və Kanada) və Avropa ölkələrinə məxsus şirkətlərin əlindədi. Bölgə ölkələrindən Türkiyə bu sahədə öndədir. Bu ölkə yüksək istehsal texnologiyası (biotexnoloji) əsasında istehsal olunan dərmanlar istisna olmaqla istənilən növ dərmanları istehsal etmək potensialına malikdir. Türkiyə dərman istehsalını DST-nın müəyyən etdiyi "Yaxşı istehsaıl təcrübələri"nə uyğun dünya norma və standartlarına uyğunlaşmaq istiqamətində son 35 il ərzində çox böyük yol qət etsə də, yetərli rəqabət gücünə malik deyil. Hazırda Türkiyədə 15-i xarici olmaqla 77 dərman istehsalı şirkəti fəaliyyət göstərir. 3100 adda dərman istehsal edilir, 31 000 insan çalışır, 900 miıyon dollar ixraca malikdir.Təxminən 1.2 milyard dollarlıq məhsul da daxili bazarda satılır. Yəni yerli istehsalın ümumi dövriyyəsi 2 milyard dollar ətrafındadır. Cəmi 4.2 milyon əhalisi olan İrlandiyanın ÜDM-nin 11%-i, ixracının 50%-i dərman sənayesi hesabına formalaşır. Dərman ixracınının illik həcmi 30 milyard dollar ətrafındadı. Bu ölkə dərman sənayesinin inkişafını ötən əsrin 70-ci illərində elan etsə də, yalnız 80-90-cı illərdə tibbi və texniki universitetllərin inkişafı sayəsində dünya bazarına çıxa bilmişdi. Hazırda dünyada ən çox satılan 12 dərman növündən 5-i İrlandiyada istehsal edilir".

Millət vəkili Musa Quliyev də deyib ki, Prezident müşavirədə ölkəmizdə dərman preparatlarının istehsalı üçün ciddi proqram hazırlandığını bildirib. "İndi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlansın. Müvafiq göstərişlər verilibdir, bir neçə xarici şirkətlə danışıqlar aparılır, böyük maraq var. Çünki Azərbaycan bazarı kifayət qədər böyük bazardır. Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır və dinamika da müsbətdir. Ona görə xarici firmalar böyük maraq göstərirlər. Biz bundan istifadə etməliyik", - deyən dövlətimizin başçısı vurğulayıb ki, dərman preparatlarının istehsalı üçün indi ciddi proqram hazırlanır və bir klastr yaradılmalıdır. Beləliklə, həm bu sahədə də sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq və həm də vətəndaşlarımızı daha keyfiyyətli dərmanlarla təmin edə bilərik. Ölkə Prezidenti bildirib ki, bu il artıq biz dərman fabriklərinin tikintisinə başlamalıyıq". Millət vəkilinin sözlərinə görə, dərman təminatının davamlı, keyfiyyətli, əlçatan olması vacib şərtdir. Ona görə də bir çox ölkələr öz əhalisi üçün dərman istehsal edirlər və hətta xarici bazarlara çıxarırlar: "Ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir. Bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir. Əgər ölkəmizdə dərman istehsal olunsa, külli miqdarda vəsaitin xaricə axmasının qarşısı alınar. Həm də, ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar istehsal olunacaq və onu xarici bazarlara ixrac etmək mümkündür. Dərman istehsalı həmçinin yeni iş yerlərinin açılması deməkdir. Eyni zamanda, bu sahədə mütəxəssislərin hazırlanmasına və onların işlə təmin olunmasına şərait yaradacaq. Digər bir özəllik ondan ibarətdir ki, Azərbaycan dərman bitkiləri ilə zəngin regiondur. Dərman bitkiləri faktiki istifadəsizdir və biz bu potensialdan istifadə etmirik. Nəzərə alsaq ki, dünyada ən qiymətli dərmanlar bitki tərkibli dərmanlar hesab olunur, bu potensialdan səmərəli istifadə etməliyik. Kimyəvi dərmanlar onlardan həm keyfiyyətinə görə geri qalır, həm də kimyəvi dərmanların əlavə təsirləri olur. İnsan orqanizminə bioloji cəhətdən yaxın olmasına görə bitki dərmanlardan istifadə olunması daha məsləhətlidir. Əgər Azərbaycanda dərman istehsalı həyata keçirilərsə, bir çox iqtisadi, sosial, siyasi səmərəsi ola bilər. Həmçinin ölkəmizin bitki potensialından istifadə olunacaq. Yaxşı dərmanlar istehsal edən müəssisələr qura bilsək, xaricə də dərman ixrac edə bilərik, bu da ölkəyə əlavə valyuta gətirəcək. Artıq bu istiqamətdə işlər görülür, danışıqlar aparılır. Yəqin ki, ilkin olaraq tanınmış xarici şirkətlərlə iş qurulacaq. Hesab edirəm ki, biz bu hədəfimizə də nail olacağıq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31