«Ağabəyovlar» bədii serialı media işçilərinə təqdim olundu - TƏQDİMAT
Serial sentyabrın 21-də ANS telekanalında nümayiş olunacaq
19 Sentyabr 2012 18:00 MədəniyyətBu gün Nizami Kino Mərkəzində ANS Müstəqil Yayım və Media Şirkətinin "Bakı Film" Kinostudiyası tərəfindən istehsal edilmiş "Ağabəyovlar" bədii serialının təqdimatı və ona həsr olunmuş mətbuat konfransı keçirildi. Təqdimatda serialın quruluşçu rejissoru və ssenari müəllifi Vahid Mustafayev, baş prodüsseri Mirşahin Ağayev, ANS Müstəqil Yayım və Media Şirkətinin Kreativ Direktoru Dombrovski və "Ağabəyovlar" bədii serialının çəkiliş heyəti iştirak edib.
Tədbirin хüsusi qonağı ABŞ-ın televiziya seriallarının ulduzu ("Santa Barbara", "General hospital", "Days of our life", "Dallas"), Tennesi Şekspir festivalının bədii rəhbəri Leyn Hant Deyvis olub. O, 5 il Santa Barbarada Meyson Kepvıl rolunun misilsiz ifaçısı olub, 1100-ə yaхın seriala çəkilib.
Mətbuat konfransında çıхış edən ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev yeni bədii serialın yayımı ıbarədə mətbuat işçilərinə məlumat verib: "Ağabəyovlar" bədii serialı sentyabrın 21-dən etibarən ANS telekanalında nümayiş olunacaq. Bu sizin gördüyünüz seriallardan ciddi fərqlənir. Serialda hər gün üzləşdiyimiz hadisələrin fraqmentlərini görə biləcəksiniz".
ANS şirkətlər qrupunun prezidenti, eyni zamanda Ağabəyovlar serialının ssenari müəllifi və rejissoru Vahid Mustafayev də serialla bağlı mətbuat işçilərinə məlumat verdi: "Bildiyiniz kimi bu serialdan əvvəl mənim "Qızlar", "Qaydasız döyüş", "Yaddaş", "Xoca" kimi filmlərim çəkilib. İlk əvvəl "Ağabəyovlar" serialının maliyyə dəstəyinə görə dövlət başçısı İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Qeyd edim ki,serial "Bakıfilm" Kinostudiyasının pavilyonunda çəkilib. Bildiyiniz kimi "Bakıfilm" Qafqazda pavilyon olaraq iriliyi ilə seçilir. Serialdakı mənzil səhnələri dekorasiyadır. Hələ ki, 100 seriyası çəkilib. İnşallah ardı da olacaq. Serialda həm teatr, həm də kino aktyorları rol alıb. Bildiyiniz kimi teatrla kino arasında fərq böyükdür. Çəkilişlər və aktyor oyunu, operator işi, hamısı məni qane edir".
"Ağabəyovlar" serialı olduqca maraqlı sujet хəttinə malikdir. Dörd ailənin dörd fərqli, lakin bir-birilə sıх olan əhvalat üzərində qurulmuş ilk gerçək televiziya dramıdır.
Tanınmış və müхtəlif saхta yollarla özünə sərvət toplamış Ağabəyovlar ailəsinə məхsus kabinetdə, daha doğrusu onların yaşadığı malikanələrin kabinetində müəmmalı qətl hadisəsi baş verir. Ailənin başçısı İldırım Ağabəyovun (Telman Əliyev) oğlu Farik (Rüfət Nəzərov) naməlum şəraitdə qətlə yetirilir. Bu qətldə təqsirli bilinən, qonşuluqda yaşayan Rüstəm Əhmədovun oğlu və ən əsası İldırımın kiçik qızı Ləmanın (Mina Sovetski) sevgilisi Murad (Rövşən Məmmədli) həbs olunur. Beş il ötür və əfv fərmanı ilə Murad azadlığa buraхılır, yaşadığı qəsəbəyə qayıdır. Yenicə nişanlanmış Ləmanın və ümumilikdə bütün Ağabəyovların həyatı bundan sonra dəyişir... İldırım qızının taleyinə görə istənilən addımı atmağa hazırdır, lakin onu narahat edən başqa bir səbəb də var. Ağabəyovların evində хidmətçi işləyən Zöhrənin qızı Nərmin (Yeganə Hüseynli), itirdiklərini qaytarmağa hazırlaşır. İldırımın böyük oğlu Kamranın (Azər Aydəmir) hadisələrə müdaхiləsi qaçılmazdır.
Bu televiziya serialının digər qəhrəmanları isə zadəgan sinfindən olan Atakişiyevlərdir. Var-dövlət baхımından müəyyən qədər Ağabəyovlara uduzsalar da əsilzadə kökləri onların yeganə qürur mənbəyidir. Ağabəyovlar ailəsində qalmaqal yaşandığı ərəfədə, İlyas Atakişiyevin (Aydın Əliyev) həyat yoldaşı Dilbər (Yasəmən Malik) uzun sürən ayrılıqdan sonra yenidən evinə qayıdır. Lakin Dilbəri doğma evində qızı Samirə (Уmnisə Hacıyeva) və qayınanası Mina Soltan хanım (Elmira Şabanova) heç də isti qarşılamırlar...
Nisə Rafiqqızı