Xarici siyasət

Romada ulu öndərə həsr olunmuş beynəlxalq konfrans

19 Aprel 2018 17:53

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

ABŞ Konqresində  Azərbaycan tolerantlığı alqışlandı

19 Aprel 2018 09:53

ABŞ-ın “Etnik Anlaşma Fondu”nun (Foundation for Ethnic Understanding – FFEU) yaradıcısı və rəhbəri ravvin Marc Schneier-in, “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru, xristian yevangelistlərin nüfuzlu liderlərindən olan yepiskop Robert Stearns-in  və “Northwood” kilsəsinin baş protestant keşişi Bob Robertsin təşkilatçılığı ilə ABŞ Konqresində Azərbaycan-İsrail münasibətlərinə, habelə Azərbaycanda yəhudi, xristian və müsəlman əhali arasında qarşılıqlı anlaşmaya və ölkəmizdəki tolerantlığa həsr olunmuş tədbir keçirilib.

Arizona ştatının qanunverici orqanında Azərbaycana dair geniş təqdimat

18 Aprel 2018 10:30

ABŞ-ın Arizona ştatının qanunverici orqanının tarixi binasında (Arizona State Capitol) Azərbaycanın müasir inkişafına, xüsusilə ölkəmizdə mövcud olan dinlərarası tolerantlıq, harmoniya və multikulturalizm ənənələrinə dair geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Arizona Ştat Senatı və Nümayəndələr Palatasının üzvləri, xarici ölkələrin baş və fəxri konsulları, müxtəlif dini icmaların rəhbərləri və tanınmış din xadimləri iştirak ediblər.

Səfirliklə  Ramsfeld Fondunun birgə tədbiri

18 Aprel 2018 09:22

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində nüfuzlu Donald Ramsfeld Fondunun (Rumsfeld Foundation) Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustan ölkələri əhatə edən proqramı çərçivəsində sözügüdən dövlətlərin nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub. Səfirlikdən Olaylar.az -a bildirilib ki, tədbirdə diplomatik korpusun, eləcə də ABŞ Administrasiya rəsmiləri, Vaşinqtonun analitik mərkəzlərinin nümayəndələri, Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr ofisinin direktoru Alisia Allison, ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi və digərləri iştirak etmişdir.

Mevlüt Çavuşoğlu “Foreign Policy” jurnalında "Zeytun budağı" əməliyyatının mahiyyətindən danışdı

11 Aprel 2018 07:59

Yaxın Şərqdəki cansıxıcı, tutqun mənzərə sülhün mümkünlüyü həqiqətinə kölgə salmamalıdır. Sülhün təmin olunmasının başlıca prinsipi dövlətlərin ərazi bütövlüyünün qorunması olmalıdır. Bu, başqalarını fəda etmək bahasına və xarici qüvvələrin dəstəyi ilə yalnız distopiyalarını davam etdirmək üçün mövcud olan DEAŞ və PKK/YPG terrorçuları da daxil olmaqla bütün qüvvələrə qarşı çıxmaq deməkdir. Həmin təşkilatların bitib-tükənmək bilməyən qətliam baxışlarına qarşı sərt mövqe nümayiş etdirilməli və belə baxış yox edilməlidir.

Baş konsul Nəsimi Ağayev Los Anceles Konsulluq Korpusunun sədri təyin olundu

30 Noyabr 2017 10:54

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los Anceles Konsulluq Korpusunun  sədri  təyin edilib. Olaylar.az bildirir ki, Nəsimi Ağayev artıq səlahiyyətlərinin icrasına başlayıb.  LAKK ABŞ-ın Los Anceles şəhərində akkreditə olunmuş dünyanın 105 dövlətinin baş konsullarını və fəxri konsullarını birləşdirir. Nyu York şəhərindən sonra LAKK dünyada ikinci ən böyük konsulluq korpusudur. LAKK-ın duayeni Los Ancelesdə fəaliyyət göstərən bütün Konsulluq Korpusunu təmsil edir və buradakı şəhər, stat və federal qurumlarla, eləcə də digər təşkilatlarla Korpusun münasibətlərinin qurulması və tənzimlənməsinə rəhbərlik edir.

Mövlud Çavuşoğlu Azərbaycanda

30 Noyabr 2017 09:09

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb. Bu gün o, Pakistan və Azərbaycan xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşə qatılacaq.

Kaliforniyada təhsil alan tələbələr Azərbaycan haqqında məlumatlandırıldı

29 Noyabr 2017 11:26

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev  Kaliforniyanın Sədlbək Kollecinin  dəvəti ilə həmin kollecin tələbə və müəllim heyəti qarşısında Azərbaycana dair geniş mühazirə ilə çıxış edib. Olaylar.az bildirir ki, Kaliforniyanın Orenc vilayətində yerləşən bu ali təhsil müəssisəsi 1968-ci ildən fəaliyyət göstərir və indiyədək 500 mindən çox məzunu var. Universitetdə müxtəlif istiqamətlər üzrə 160-dan çox proqram tədris olunur.

Kaliforniyada Azərbaycana dair mühazirə

24 Noyabr 2017 11:01

Kaliforniyanın ən qədim ali təhsil müəssisələrindən olan Santa Monika Kollecində Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə dair tədbir keçirilib. Kollecin müəllim-tələbə kollektivinin iştirak etdiyi tədbirdə sözügedən ali təhsil müəssisəsinin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edərək, məruzə ilə çıxış edib. Baş konsulluqdan Olaylar.az – a bildirilib ki, N.Ağayev məruzəsində ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, bu gün Azərbaycanda müxtəlif etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib.

Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti müzakirə olundu

15 Noyabr 2017 07:40

Noyabrın 14-də paytaxt Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışına həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyindən Olaylar.az - a bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın daxil olduğu regionda həyata keçirilən infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın ictimai və biznes dairələrinin məlumatlandırılması olub. Digər tərəfdən bu tədbir Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş və 2016-cı ildən etibarən hər il Vaşinqtonda keçirilən Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizləri Forumu çərçivəsində aparılan müzakirələrin davamlılığının təmin olunması və region ölkələri tərəfindən həmin sahələrdə əldə edilmiş nailiyyətlərin təqdim edilməsi məqsədi daşıyır.

Holokost və Xocalı soyqırımları Los Ancelesdə anıldı

14 Noyabr 2017 11:50

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin yəhudi mənşəli əməkdaşlarının yaratdığı “Bir Ürək Xilas Et” Fondunun birgə təşkilatçılığı və sözügedən Fondun üzvlərinin iştirakı ilə Nasist Almaniyasında yəhudilərə qarşı soyqırımının başlanğıcı hesab edilən, 1938-ci ilin “Kristal Gecə”sinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Konsulluqdan Olaylar.az – a bildirilib ki, tədbirdə “Bir Ürək Xilas Et” Fondunun rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi və Fondun üzvü Ester Blauqrund çıxış edərək, Baş Konsulluğa belə bir önəmli tədbirə evsahibliyi etdiyi üçün təşəkkürlərini bildiriblər. 

Bob Bləkman “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı kitabın əhəmiyyətindən bəhs etdi

13 Noyabr 2017 14:36

Böyük Britaniya Parlamentində payız tətilindən əvvəl keçirilən ənənəvi parlament müzakirələrində Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Bob Bləkman tanınmış yazıçı-publisist, Azərbaycan Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı Elmira Axundovanın ingilis dillində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik tədqiqatın ingilis dilində nəşrinin əhəmiyyəti və kitabın Böyük Britaniya Parlamentində beynəlxalq təqdimatının təşkili barədə məlumat verib.

Bayraq Günü Kaliforniyanın Monterey şəhərində qeyd olunub

9 Noyabr 2017 12:01

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun Monterey Şəhər Şurası ilə birlikdə şəhər meriyasının qarşısında keçirdiyi tədbirdə şəhər rəhbərliyi, iş adamları, KİV təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də ABŞ Müdafiə Nazirliyinin Montereydə yerləşən nüfuzlu ali təhsil ocaqlarının professor və tələbə heyəti iştirak edib. Konsulluqdan Olaylar.az - a bildirilib ki, tədbiri giriş nitqilə açan Monterey şəhərinin meri Klayd Roberson (Clyde Roberson) qonaqları salamlayaraq, Montereyin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib.

Cenevrədə multikulturalizm və tolerantlığın Azərbaycan modelinə dair beynəlxalq konfrans

8 Noyabr 2017 17:31

İsveçrənin Cenevrə şəhərində geniş qeyd olunan “Sülh həftəsi” çərçivəsində “Palais des Nations” sarayında yerləşən BMT ofisində keçirilən konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycan modeli digər ölkələr üçün nümunə kimi göstərilib. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisi, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Cenevrədə yerləşən Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib. “Mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin həlli, Azərbaycanın təcrübəsi" adlı konfransa müxtəlif diplomatik nümayəndəliklərin, QHT-lərin, elmi-tədqiqat qurumlarının və beynəlxalq təşkilatların təmsilçiləri ilə birlikdə 70-dən artıq iştirakçı qatılıb.

Baş konsul Nəsimi Ağayevin məqaləsi ABŞ-ın “Forum” jurnalında

6 Noyabr 2017 12:26

Amerikada geniş oxucu kütləsinə malik, ABŞ-dakı Xarici Konsulların Federal Assosiasiyası tərəfindən nəşr olunan “Forum” jurnalının 2017-ci ilin payız buraxılışında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Azərbaycan: ümid, müxtəliflik, tolerantlıq və imkanlar diyarı”adlı məqaləsi çap olunub. Baş konsuluqdan Olaylar.az – a bildirilib ki, Bakının və Azərbaycanın digər gözəl diyarlarının rəngarəng şəkilləri ilə əhatə olunan məqalədə baş konsul, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında geniş məlumat verərək, ölkəmizdə müsəlman, yəhudi və xristianların, eləcə də şiə və sünnilərin dinc yanaşı və sülh şəraitində yaşadıqlarını, bu müxtəliflik və harmoniyanın ölkəmizdə çiçəklənməkdə davam etdiyini qeyd edir.