Xarici siyasət
Donald Ramsfeldə Heydər Əliyev adına fəxri ödülü təqdim edildi
ABŞ paytaxtında yerləşən məşhur və möhtəşəm diplomatik tədbirlərin keçirilməsi ilə tanınmış Meridian Beynəlxalq Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ile əlaqədar tədbir keçirilib. Səfirlikdən Olaylar.az – a bildirilib ki, çoxsaylı qonaqların, o cümlədən ABŞ Dövlət, Müdafiə departamentləri, Konqres və Ağ Ev, akademik dairələr, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ABŞ-ın tanınmış dövlət xadimi, iki dəfə müdafiə katibi və digər dövlət vəzifələrində çalışmış Donald Ramsfeldə Azərbaycan-ABŞ strateji tərəfdaşlığa müstəsna töhfələrinə görə Heydər Əliyev adına 2018-ci ilin fəxri ödülü təqdim edilmişdir.
Nyu Meksika ştatında 28 may “Azərbaycan Milli Günü” elan edildi
ABŞ-ın Nyu Meksika ştatının paytaxtı Santa Fe şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Alan Veber (Alan M. Webber) tərəfindən müvafiq bəyannamə imzalanıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.
Los Ancelesdə Azərbaycan haqında kitab nəşr edildi
Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə daha geniş şəkildə çatdırılması məqsədilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən ABŞ-da ingilis dilində Azərbaycan haqda kitab nəşr etdirilib. Olaylar.az bildirir ki, nəfis tərtibatda nəşr edilmiş, 120 səhifədən ibarət olan və “Azerbaijan – Everlasting Heritage, Inspirational Harmony” (Azərbaycan – Əbədi Miras, Ruhlandırıcı Harmoniya) adlı kitabda Azərbaycanın coğrafiyası, təbii sərvətləri, qədim tarixi, zəngin mədəniyyəti və incəsənəti, güclü etnik və dini tolerantlıq ənənələri, dövlət quruluşu və xarici siyasəti, sürətli iqtisadi inkişafı, turizm potensialı, ADA Universiteti, “ASAN Xidmət” və digər maraq kəsb edən mövzular barədə geniş məlumatlar öz əksini tapıb. Bakı şəhərinin və ölkəmizin müxtəlif gözəl guşələrinin rəngarəng şəkilləri kitabın müxtəlif bölmələrini bəzəyir.
ABŞ-ın Meyn ştatında 28 May Azərbaycan Günü elan edildi
Amerikanın Meyn ştatının ən böyük şəhəri və Kamberlend dairəsinin inzibati mərkəzi olan Portlend şəhərinin meri Etan Strimlinq (Ethan Strimling) Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat verib. Olaylar.az bildirir ki, bəyanatda 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etmişdir.
Qubernator Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzaladı
ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval (Brian Sandoval) Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzalayıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş təbrik bəyannaməsində qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edir və ən xoş arzularını çatdırır.
Kaliforniya universitetində Azərbaycana dair mühazirə
Baş konsul: Azərbaycan dünyanın ən mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcək Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniya ştatının San Dieqo Dövlət Universitetinin dəvətilə həmin universitetdə keçirilən elmi konfransda Azərbaycana dair geniş mühazirə ilə çıxış edib. Olaylar.az bildirir ki, universitetin İnformasiya Birliyi və Strategiyası Mərkəzinin keçirdiyi və tanınmış şirkətlərin və mütəxəssislərin iştirak etdiyi konfransda ticarət, təhlükəsizlik, səhiyyə, ətraf mühit və yükdək texnologiyalar üzrə müzakirələr aparılıb.N.Ağayev, ilk öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edərək, ölkəmizin müsəlman dünyasında ilk dünyəvi respublika yaradaraq, qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verən ölkə kimi tarixə düşdüyünü bildirib.
Nebraska ştatında 28 may Azərbaycanın Milli Günü elan edildi
ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar bəyannamə imzalayaraq, 2018-ci ilin 28 may tarixini rəsmi olaraq, Azərbaycan Milli Günü elan edib və ştat sakinlərini bu əlamətdar günü qeyd etməyə çağırıb. Olaylar.az bildirir ki, sənəddə 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquqlar vermiş ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılır. Eləcə də, bu respublikanın həmin dövrdə dünyanın bir çox demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı vurğulanır.
ABŞ-ın məşhur radiosunda Kəlbəcərin işğalı haqqında
ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb. Müsahibə zamanı aparıcı səfir Süleymanovdan 25 ildir ki, Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcərlə bağlı xatiriələrini bölüşməyi xahiş edir. O, səfir Süleymanovun gənc yaşlarında i ilə birlikdə Kəlbəcərdə zaman keçirməsini xatırladaraq, Kəlbəcər, onun təbiəti barədə fikirlərini sorğu edir.
Moskva Sarkisyandan niyə imtina etdi?
Ermənistanda 2 həftədən artıq davam edən kütləvi etiraz aksiyaları öz məntiqi nəticəsini verdi. Hakimiyyəti zorla zəbt edərək baş nazir postuna sahib çıxan sabiq prezident Serj Sarkisyan xalqın qarşısında duruş gətirə bilməyərək istefa verdi. İşğalçı ölkədə baş verənlər bir tərəfdən xalqın cinayətkar rejim üzərində qələbəsi idisə, digər tərəfdən sadə erməni xalqının xunta rejimindən imtinası, daha yaxşı gələcək arzusunun tərənnümü idi.
Los Anceles Bəhai Mərkəzində Azərbaycana dair təqdimat
Los Ancelesin Bəhai icmasının dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Bəhai Mərkəzində 600-ə yaxın icma üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib. Təqdimat Baş Konsulluğun Los Ancelesdə fəaliyyət göstərən dini icmalarla münasibətlərin qurulması yönündə apardığı iş çərçivəsində keçirilib.


.jpg)











