Paşinyan azadlığa çıxdı FOTO
23 Aprel 2018 15:54 Siyasət"Bizim hərəkətlərimizin məntiqi dəyişməyib. Axşam saatlarında Respublika Meydanında mitinq keçirəcəyik. İlk öncə isə hazırki vəziyyətlə tanış olmalıyam. Bundan sonra qərar qəbul edəcəm. Hələliksə bu qədər".
Bu sözləri "Mənim addımım" hərəkatının başçısı, deputat Nikol Paşinyanazadlığa çıxdıqdan sonra deyib.
O qeyd edib ki, hərəkatın tutulmuş bütün tərəfdarları azadlığa buraxılmalıdır.
Paşinyan Karapetyanla apardıqları danışıqlar barədə suallara isə mitinqdə cavab verəcəyini deyib:
"Yaxın 2 saat ərzində heç bir açıqlama verməyəcəm. Mitində bütün sualları cavablandıracam və hər şey barədə ətraflı danışacam"
Paşinyanla bərabər saxlanılmış 2 digər deputat Ararat Mirzoyan və Sasun Mikaelyan da azadlığa buraxılıb.
Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31