Xarici siyasət
BTQ ilə yola salınan qatar son stansiyaya çatdı
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınan qatar sonuncu stansiyaya çatıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, yük qatarı Mersin şəhər stansiyasına çatıb. Otuz konteynerdən ibarət yük qatarı 1258 kilometrlik məsafəni 30 saata qət edib və 600 ton buğda daşıyıb.
Azərbaycan həqiqətləri Qərbi Los Anceles Ticarət Palatasında
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Qərbi Los Anceles Ticarət Palatasının dəvətilə Palatanın üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib. Baş konsulluqdan Olaylar.az – a bildirilib ki, Los Ancelesdə yüksək nufuza sahib olan Palata özündə 1200-dən çox tanınmış şirkəti birləşdirir. Palatanın üzvləri qarşısında mütəmadi olaraq Los Anceles meri, ABŞ konqresmenləri və senatorları və digər Kaliforniya siyasətçiləri çıxış edir.
Britaniya parlamentində “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı
Londonda Böyük Britaniya parlamentində tanınmış yazıçı-publisist, Azərbaycanın əməkdar jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın ingilis dillində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik roman-təqdiqatın beynəlxalq təqdimatı keçirilib. Olaylar/az bildirir ki, təqdimat Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bob Bləkman və Avropa Azərbaycan Cəmiyyətinin birgə əməkdaşlığı şəraitində təşkil edilib. Roman-tədqiqat “TEAS Press” Nəşriyyatında işıq üzü görüb. Üçcildlikdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Tədbirdə Lord Kilkluni, Lord Addinqton, parlament üzvləri Mark Pausi və Martin Vikkers, Britaniyanın ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporasının fəalları iştirak ediblər. Avropa Azərbaycan Cəmiyyətinin London ofisinin rəhbəri Cek Peqoraro tədbir
Səfir Braziliyada azərbaycanlı şagirdlərlə görüşdü
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, səfir Günay Əfəndiyeva və səfir Elxan Poluxov, Braziliyanın Rio de Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan məktəbi ziyarət ediblər. Səfirlikdən Olaylar.az – a bildirilib ki, həmin məktəbdə, məktəblilər arasında “18 oktyabr - Müstəqillik günü” münasibətilə keçirilmiş inşa müsabiqəsinin qalibləri təltif olunub.
Baş nazirdən İlham Əliyevə TƏŞƏKKÜR
Türkiyənin baş naziri Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Giorgi Kvirikaşviliyə zəng açıb. B. Yıldırım Azərbaycan prezidenti və Gürcüstan baş nazirinə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə verdikləri dəstəyə görə təşəkkür edib.
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Oktyabrın 30 -31 – də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri gözlənilir. Olaylar bildirir ki, səfər zamanı Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6 – cı toplantısında iştirakı gözlənilir. Həmçinin bu prezidentin Bakı-Tbilisi-Qars dəmir yolu xətti çərçivəsində ilk səfəridi.
Azərbaycan Beynəlxalq Filateliya sərgisində
Oktyabrın 26- 29 -da Braziliya Federativ Respublikasının Brazilia şəhərində Braziliya Poçt və Teleqraf Şirkəti (Empresa Brasileira de Correios e Telégrafos) tərəfindən təşkil olunmuş beynəlxalq filateliya sərgisində Səfirliyin təşəbbüsü və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycana, Qazaxıstana və Türkiyəyə aid poçt markalarından ibarət güşə təşkil edilib. Olaylar bildirir ki, fond tərəfindən təqdim edilən markalar hər üç ölkənin zəngin filatelist ənənələrini sərgi iştiakçılarına nümayiş etdirir. Braziliyada səfərdə olan, Fondun Prezidenti, Səfir Günay Əfəndiyeva güşəni ziyarət edərək, ziyarətçilərə bölgənin filatelistika tarixi və ənənələrindən danışmış və çoxsaylı sualları cavablandırıb.
Azərbaycan həqiqətləri amerikalı politoloqun təqdimatında
Multikulturalizm Mərkəzində tədqiqat təcrübəsi keçən ABŞ-dan olan jurnalist və siyasi araşdırmaçı Peter Teys Bosniya Herseqovinanın Travnik Universitetində Azərbaycan multikulturalizmi ilə bağlı mühazirə ilə çıxış edib. Olaylar bildirir ki, tədbir Universitetin 10 illik yubileyi ilə əlaqədar BBMM-in təşkilatçılığı və professor Dr. Sabahudin Hadzialicin təşəbbüsü ilə baş tutub. Peter Teys mühazirəsində Azərbaycanın multikultural dəyərləri, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərdən bəhs edib. Mühazirədə eyni zamanda Azərbaycanın qədim arxitektura ənənələrinə, Memar Əcəmi Naxçıvani tərəfindən yaradılan abidələrin arxitektur baxımından unikallığı vurgulanıb.
Fransaya getmək istəyən azərbaycanlılar yeni qaydalarla üzləşəcəklər
Viza üçün müraciət edənlərə bildirilir ki, növbəti həftələrdə Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən verilən vizaların alınmasında yeni qaydalar tətbiq olunacaq. Əvvəllər səfirliyin vizalarının verilməsini öz üzərinə götürən “TLS Contact” şirkəti bundan sonra CAPAGO şirkəti ilə əvəz olunacaq. Bu şirkət Bakıda «Globus Center» də, Cəfər Cabbarlı küçəsi 609 ünvanında yerləşir və çərşənbə axşamı, 7 noyabrdan etibarən həmin şirkətin fransız vizaları mərkəzi viza müraciət edənlərə xidmət göstərəcək. Bu yardımçı şirkət viza ilə bağlı aşağıdakı işləri öz üzərinə götürəcək :
Türkiyə və Azərbaycan arasında hərbi saziş
Türkiyə Azərbaycanla hərbi sazişi ratifikasiya edib. Bu barədə Türkiyənin “Rəsmi qəzet”inə istinadən məlumat verib. Qeyd olunur ki, sualtı hücum, sualtı müdafiə və ixtisaslaşmış dalğıcların hazırlanması sahələrində əməkdaşlığın möhkəmələndirilməsi barədə sənəd ratifikasiya olunub.
Azərbaycanın ABŞ-dakı Səfirliyində Dövlət Müstəqilliyi Günü qeyd olundu
18 oktyabr tarixində Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində Dövlət Müstəqilliyi Günü münasibətilə qəbul keçirilib. Səfirlikdən Olaylar – a bildirilib ki, tədbirin xüsusi qonaqları qismində Donald Ramsfeld Fondunun Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustanı əhatə edən CAMCA təqaüd proqramı çərçivəsində Vaşinqtonda səfərdə olan sözügedən dövlətlərin nümayəndələri iştirak ediblər. Bundan əlavə tədbirə qeyd edilən dövlətlərin Vaşinqtondakı səfirləri (Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan), Gürcüstan və Əfqanıstan Səfirliklərinin diplomatları, eləcə də Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi, CAMCA proqramının məsul nümayəndəsi Dato Sumbadze və digər xüsusi qonaqlar qatılmışdır.
Baş konsul Kaliforniyanın Fullerton Kollecində Azərbaycana dair mühazirə ilə çıxış etdi
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Fullerton Kollecinin dəvətilə həmin kollecin tələbə və müəllim heyəti qarşısında Azərbaycana dair geniş mühazirə ilə çıxış edib. Konsulluqdan Olaylar - a bildirilib ki, çıxışdan əvvəl nümayiş etdirilən və Azərbaycanın əsrarəngiz təbiəti, mədəniyyəti, Bakının gözəlliyi və görməli yerlərinin əks olunduğu video-çarx iştirakçıların böyük marağına səbəb olub. Mühazirədə N.Ağayev Azərbaycanın geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, neft strategiyası, müstəqil dövlət kimi inkişafı, ABŞ və qonşu dövlətlərlə münasibətləri barədə ətraflı məlumat verib. Diplomat, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında danışaraq, Azərbaycan hökumətinin bu ənənələrin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini, ölkəmizdə müxtəlif dini və milli mənsubiyyətə malik olan insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını bildirib.
Azərbaycan və Türkiyə prezidentləri ikitərəfli münasibətlərdən danışdı
Vaşinqton Post qəzeti Azərbaycan diplomatının cavab məktubunu dərc etdi
ABŞ-ın Vaşinqton Post qəzeti Azərbaycanın Vaşinqtondakı Səfirliyinin əməkdaşı İnci Sadıqovanın qəzetin son zamanlar bir neçə qərəzli məqaləsinə cavab məktubunu dərc etdi. Səfirlikdən Olaylar - a bildirilib ki, Azərbaycana qarşı xüsusilə son dövrlər tənqidi yazıların yer aldığı qəzetin dərc etdiyi Azərbaycan diplomatının məktubunda Azərbaycan və Gürcüstan rəsmilərinin bəyanatlarını şübhə altına alan heç bir tutarlı dəlilin olmadığı, qəzetin redaksiya heyətinin yazdığı məqalənin fərziyyələrə istinad etdiyi bildirilir.
Səfir Barton Şotlandla görüşüb
Azərbaycan Respublikasının Qayana Kooperativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Qayana Kooperativ Respublikasının Milli Assambleyasının Spikeri cənab Barton Şotland (Barton Scotland) ilə görüşüb. Olaylar bildirir ki, görüşdə, ikitərəfli Parlamentlərarası münasibətlər, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.














