Xarici siyasət
Elxan Poluxov etimadnamələrini Qayana Kooperativ Respublikasının Prezidentinə təqdim etdi
Azərbaycan Respublikasının Qayana Kooperativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Qayana Kooperativ Respublikasının Prezidenti cənab David Arturt Qranqera təqdim edib. Olaylar bildirir ki, görüş zamanı Prezident Qranger ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arşında əlaqələrin hər bir sahəsində inkişafı üçün geniş imkanların olduğunu söyləmişdir. Diplomatik əlaqələrin 1995-ci ildə qurulduğunu deyən Prezident hər iki ölkənin bir sıra beynəlxalq təşkilatlarda üzv olmaları Qayana və Azərbaycan arasında oxşarlığın əyani sübutu olduğunu vurğulamışdı.
Nazir: Pakistan Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verir
Pakistan dost ölkə olan Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. XİN-dən “Olaylar”a verilən məlumata görə, bu fikir Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Kavaca Asif ilə görüşündə səslənib. Görüşdə E.Məmmədyarov Pakistanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasını tanıyan ilk dövlətlərdən olduğunu və bu ilin diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlamətdar olduğunu xatırladaraq, iki dövlət arasında əməkdaşlığın ikitərəfli və çoxtərəfli müstəvidə yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib.
Elmar Məmmədyarov: “Azərbaycan Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əməkdaşlığın inkişafına önəm verir”
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a bildiriblər ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən, xüsusən son illər turizm, kənd təsərrüfatı, sərmayələr sahəsində ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Bu ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə xarakterizə olunduğu diqqətə çatdırılıb.
Konsul İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkdi
Azərbaycan Respublikasının İraqdakı səfirliyinin konsulu Zəbi Axundov İraqda uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib, nəvaziş və qayğı ilə onunla söhbət etməyə çalışıb. Azərbaycan XİN-dən verilən məlumata görə sözügedən azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyən edilib.
Bağdad hakimiyyəti İraqın ərazi bütövlüyünün pozulmasına yol verməyəcək
“Şimali İraqd Kürd muxtariyyətinin sentyabrın 25-də keçirilməsi nəzərdə tutulan referendum müzakirələrində siyasi partiya və təşkilatların ümumi bir ortaq möveyi yoxdur. Bir qrup siyasi partiyalar referendumun əleyhinə, bir qrup isə leyhinədir. Göründüyüy kimi daxili yekdil mövqeyə sahib ola bilməyən siyasi qüvvələrin ayın 25-dən sonra aralarınakı düşmənçilikləri daha da inkişaf edəcək”. “OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Məhəmməd Əsədualazadə deyib ki, referendum keçirilsə də muxtariyyətin müstəqilliyi sual altnda qalacaq: “Mərkəzi Bağdad hakimiyyəti İraqın ərazi bütövlüyünün pozulmasına yol verməyəcək. Türkiyə və İranın prosesləri yaxından izləməsinə baxmayaraq, Birləşmiş Ştatların və Qərbin müəyyən qruplarının bu referenduma dəstək verdiyi şübhəssizdir.
Parisdə erməni təxribatının qarşısı alınıb
Bu gün Fransanın paytaxtı Parisdə başlayan Beynəlxalq Qastronomiya Festivalında Azərbaycan da təmsil olunur. Sena çayı sahilində qurulmuş və üç gün davam edəcək tədbirdə 40 ölkə iştirak edir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xiudmətindən “OLAYLAR”-a bildirilib ki, Beynəlxalq Qastronomiya Günlərində azərbaycanlıları təmsil edən Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva bildirib ki, tədbirə hazırlıq işləri zamanı ermənilər növbəti dəfə təxribata əl atıb. Belə ki, şəhərcikdə qurulan Ermənistan çadırında bu ölkə ilə yanaşı, Dağlıq Qarabağdakı separatçı rejimin qondarma bayrağı da asılıb. Lakin Azərbaycan diaspor rəhbərinin məsələyə müdaxiləsindən sonra təxribatın qarşısı alınıb və sözügedən bayraq endirilib.
Almaniya parlamentinin üzvləri Azərbaycana səfər edəcək
Almaniya parlamentinin nümayəndə heyəti Azərbaycan səfər edəcək. Almaniyanın Azərbaycandakı səfirliyinin məlumatına görə, oktyabrın 2-dən 4-dək davam edəcək səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədlərin seçilməsidir. Nümayəndə heyətinə Bundestaqın deputatı cənab Kai Gerinq rəhbərlik edəcək. Məlumatda bildirilir ki, bu proqram Almaniya Bundestaqının prezidentinin xüsusi himayəsi və üç Berlin universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri habelə aylıq təqaüd Alman Bundestaqı tərəfindən ödənilir.
Xələf Xələfov dünyaya çağırış etdi
Azərbaycan Avropa İttifaqının (Aİ) etibarlı tərəfdaşıdır və Aİ ilə ümumi maraqlara söykənən əməkdaşlığa önəm verir. “Olaylar”ın məlumatına görə, bunu bu gün Bakıda Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Elmar Məmmədyarov GUAM-ABŞ görüşündə iştirak edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM-ABŞ görüşündə iştirak edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşün yekunu olaraq, GUAM-ABŞ Birgə Bəyannaməsi qəbul edilib. Bəyannamədə GUAM-ın ABŞ-la faydalı və nəticəyönümlü əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilir. Həmçinin regionda sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığın qorunub-saxlanmasının geniş regional kontekstdə bütün dövlətlər üçün ortaq təhlükəsizlik məkanının yaradılması istiqamətində birgə səylərin mühüm elementi olduğuna dair ortaq mövqe bir daha bəyan edilir.
Qazaxıstan- Azərbaycan gənclər günlərinə star verildi
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Gənclər Forumu çərçivəsində Qazaxstan- Azərbaycan gəncləri günlərinə start verildi. “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən bildirilib ki, Ş. Yesenova adına Xəzər Dövlət Mühəndislik və Texnologiyalar institutunda baş tutan tədbirdə Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Bababyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi. Qazaxıstanın Dini məsələr və vətəndaş cəmiyyəti İnstitutunun gənclər siyasəti üzrə departamentinin direktoru Qabidulla Ospankulov hər iki ölkənin tarixi köklərə sığınan dostluq, qardaşlıq münasibətlərindən söz açaraq, Azərbaycan nümayəndə heyətinin Qazaxıstanda olmasından məmnunluq hissi duyduğunu bildirib, səmimiyyətlə hər kəsi salamladı. Departament direktoru Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev tərəfindən Xəzəryanı Gənclər Forumunun keçirilməsi ilə bağlı təşəbbüsün irəli sürüldüyünü və bununla da müxtəlif tədbirlərin həyata keçirilməsi qərarının verildiyini bildiridi.
İŞİD-dən xilas edilən uşaqlar Azərbaycana gətiriləcək
Bağdadda sığınacağa yerləşdirilmiş azərbaycanlı uşaqların Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. Bunu açıqlamasında Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. R.Qafarov bildirib ki, məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilib: "Uşaqların Azərbaycana qaytarılması üçün işləri davam etdiririk. Bəzi çətinliklərimiz var. İşlər yekunlaşdıqda, ictimaiyyətə məlumat veriləcək".
Nazir: Azərbaycan BMT-nin suveren dövlətlərin bərabərliyi, dövlətlərin daxili işlərinə müdaxilə etməmə və qarışmama prinsiplərinə sadiqdir
“BMT-dən sonra ikinci böyük dövlətlər qrupu olan Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin qorunub-saxlanılmasında və regional təhlükəsizlik, sosial və iqtisadi inkişaf kimi məsələlər də daxil olmaqla, geniş məsələlər dairəsinin müzakirəsində önəmli rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərdə ədalət və qanunun aliliyinin sadiq müdafiəçisidir. Qoşulmama Hərəkatı beynəlxalq problemlərin müzakirə edilməsində müxtəlif ideologiyaların təqdimatı baxımından səmərəli və dinamik platformadır”. XİN-dən “Olaylar”a verilən məlumata görə, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarovun “Birtərəfli tədbirlərinin yayılması və tətbiqinin beynəlxalq hüquq və bu tədbirlərə məruz qalan xalqların haqlarını pozması” üzrə Qoşulmama Hərəkatının Nazirlər Görüşündəki çıxışında deyib. Nazir bildirib ki, inkişaf etməkdə olan ölkələrə qarşı istifadə edilmiş birtərəfli məcburetmə tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, dövlətlərarası münasibətlərin sülh yolu ilə uzalaşdırılmasını təmin edən norma və prinsiplərə ziddir və dövlətlər arasında dialoq və siyasi anlaşma ruhuna xələl gətirir.
Beynəlxalq aləm və işğalçı dövlət növbəti Aprelə hazırlaşmalıdır
Əgər işğalçıya qarşı ciddi tədbir görülməsə Bu günlərdə keçirilən BMT-nin Baş Assambleyasının növbəti sessiyası və orada səsləndirilən çıxışlar dünyanın diqqət mərkəzində olan başlıca mövzulardan biridir. Xüsusilə, dünya mediası sessiyada qətiyyətli çıxış edən və dünya dövlətlərinə vacib ismarıclar göndərən dövlət başçılarının fikirlərini geniş və əhatəli şəkildə şərh edirlər. Təbii ki, ayrı-ayrı dövlət başçılarının çıxışları sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliytevin geniş və əhatəli, məzmunlu çıxışı daha yadda qalan oldu. Ümumiyyətlə isə, BMT-nin hər ilin sentyabr ayında keçirdiyi açılış sessiyaları mühüm əhəmiyyət kəsb edir. Həmin sessiyaya qatılan dövlət başçıları dünyanın əsas problemlərindən danışır və beynəlxalq aləmə çıxış yolları göstərirlər. ABŞ gücünün bir hissəsini itirməsinə rəğmən dünyanın super dövləti olaraq qalır.
BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində beynəlxalq elmi konfrans keçiriləcək
Xəzərin hüquqi statusu Tehranda müzakirə ediləcək
Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü oktyabrda Tehranda keçiriləcək. “Olaylar” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavini bildirib ki, görüşün dəqiq tarixi dəqiqləşdirmə mərhələsindədir: “Ola bilsin ki, ilin sonuna kimi nazirlərin görüşü məsələsi gündəmə gəldi. Lakin bu məsələlər hələlik müzakirə olunur.



.jpg)









