Xarici siyasət
XİN: Qarabağa gedən konqresmen erməni lobbisindən asılıdır
ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaq:
Avropa İttifaqının 30 diplomatı Bakıya gələcək
Avropa İttifaqının (Aİ) siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti Bakıya səfər edəcək.Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas deyib. 30 nəfərdən ibarət olan, o cümlədən 28 ölkənin səfirinin daxil olduğu nümayəndə heyətinin Bakıya oktyabrın 3-də gələcəyi gözlənilir. K.Yankauskasın sözlərinə görə, səfər zamanı əsas diqqət Aİ ilə Azərbaycan arasında siyasət və təhlükəsizlik sahələrində əməkdaşlığa yönələcək.
“Ermənistanla ümumi əməkdaşlıq məhdudlaşdırılmalıdır”
Nazir: Ermənistanın təcavüzünə son qoymaq üçün lazımi siyasi və iqtisadi tədbirlər həyata keçirilməlidir “Çox təəssüf hissi ilə bildirirəm ki, Kontakt qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyət nəinki dəyişməz qalır, hətta cəbhə xəttində toqquşmaların intensivləşməsi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi halları daha da artıb”. Bunu xarici işlər naziri Elmar Məmmədyarov İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Kontakt Qrupunun ikinci iclasında çıxış zamanı deyib. Nazir əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində Azərbaycan əraziləri, Dağlıq Qarabağ daxil olmaqla yeddi ətraf rayon işğal edilib, on minlərlə insan həyatını itirib, 1 milyondan çox azərbaycanlı öz ev və mülkiyyətlərindən didərgin olub, minlərlə insan itkin düşüb.
Nazir: Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir və Fələstin xalqının yanındadır
Xarici işlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərakatının Fələstin üzrə Nazirlər Komitəsinin iclasında çıxış edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin digər üzvləri kimi dünyanın müxtəlif yerlərində baş verən, bəzi regionlarda siyasi qeyri-sabitliyə, irimiqyaslı yerdəyişmələrə və misligörülməmiş humanitar böhranlara yol açan müharibə və silahlı münaqişələrlə bağlı ciddi narahatdır. İsrail-Fələstin münaqişəsinin həll edilməməsi yalnız bu regiona deyil, beynəlxalq təhlükəsizliyə də təhdid yaradır. Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir və Fələstin xalqının yanındadır. Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir. Bu xüsusda, qardaş Fələstin xalqının sülh, sabitlik və inkişaf uğrunda mübarizəsinə Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim.
İlham Əliyev bu gün BMT-də çıxış edəcək
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının sessiyası çərçivəsində çıxışı gözlənilir. Ölkə başçısının çıxışı Bakı vaxtı ilə axşam saatlarında baş tutacaq.
İlham Əliyev Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib
Sentyabrın 19-da Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunub.
Qərbin Şimali İraqdan Türkiyə və İranı vurma planı
Qərb yeni bir münaqişə, müharibə ocağı yaradır. Daha doğrusu uzun illərdir üzərində işlədiyi Kürdüstan planını reallaşdırmağa çalışır. Əslində münaqişə, müharibə ocağı sözügedən planın icrasına başlayan illərdən yaranıb. Sadəcə prosesin son akkordu isə bu ocağı daha da gərginləşdirə, sürətləndirə bilər. Hər halda İraqın şimalında həyata keçirilən referendum hazırlıqları belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, Qərbin xeyir-duası ilə yaradılması nəzərdə tutulan Kürdüstan dövlətinin sərhədləri yalnız İraqla kifayətlənmir. Bu xain planda Türkiyə və İranın müəyyən bir hissəsi də yer alır. Hətta bəzi hallarda Azərbaycanla bağlı da iddialar irəli sürülür. Bir sözlə region yeni bir problemlə ciddi şəkildə qarşı-qarşıyadır. Təsadüfi deyil ki, elə əksər ekspertlər də İraqın şimalında keçiriləcək referendumun arzuedilməz nəticələrə gətirib çıxaracağı qənaətindədirlər. Birmənalı olaraq bildirilir ki, Qərbin əsas istəyi bölgədə maksimum dərəcədə xaos və anarxiya, silahlı qarşıdurmaların hökm sürməsidir. Elə millət vəkili Sahib Alıyev də belə düşünür.
Səfir: "Ukraynada bir çox potensial azərbaycanlı investorlar üçün risklər hələ də yüksəkdir"
Azərbaycan şirkətləri Ukrayna ilə çox maraqlanırlar. Burada onlar üçün geniş imkanlar var, lakin bir çox potensial azərbaycanlı investorlar üçün risklər hələ də yüksəkdir. Bunu "Business Ukraine" jurnalına müsahibəsində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev deyib. Səfir hesab edir ki, Azərbaycan sərmayəçilərinin Ukraynada sərmayələrinin artırılması üçün əsas maneə soyğunçu dəstələrin hücumları və bəzi qaydalardır. A.Xudiyev bildirib ki, 2016-cı ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 334 milyon dollar təşkil edib. Bu da 2013-cü illə müqayisədə 2,6 dəfə azdır: "Hazırda ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkənin biznes dairələri ilə iş aparılır. Bu ilin yazında Kiyevdə Azərbaycan-Ukrayna biznes-forumu keçirildi və həmin forumda Azərbaycanın 40 şirkət və holdinqi təmsil olunurdu. Ümid var ki, aparılan məqsədli tədbirlər nəticəsində iqtisadi əlaqələr güclənəcək".
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Etnik Anlaşma Fondunun sədri ilə görüşüb
Diplomatik xidmət keçənlərə əlavə imkanlar yaradılır
“Diplomatik xidnət haqqında” qanuna dəyişiklik edilir. Məlumata görə, dəyişikliyə əsasən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara göndərilə bilərlər. Həmçinin diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət oraqnlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər öz razılıqları ilə peşəkar hazırlıq və əlavə təhsil və yaxud elmi tədqiqat aparılması üçün Azərbaycan Respublikasında və ya digər ölkələrdə yerləşən ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara müvəqqəti olaraq göndərilə bilərlər. Qanun layihəsi Milli məclisin plenar iclasına tövsiyyə olunub.
İlham Əliyev xanımı ilə birgə Amerikaya getdi
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə səfərə gediblər.
Azərbaycanın səfiri ABŞ-ın nüfuzlu radio verilişinin qonağı olub
ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb. Sözügedən radio verilişinə həmçinin ABŞ-da ən nüfuzlu yəhudi liderlərindən biri hesab olunan Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının sədr müavini və baş icraçı direktoru Malkolm Honlayn da qatılıb. Səfirlikdən “Olaylar” – a bildirilib ki, müsahibə zamanı səfir E.Süleymanov 14 sentyabr tarixində Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından danışıb. O, bu imkanın 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və strateji baxışı sayəsində imzalanmış və onun adı ilə bağlı olan “Əsrin müqaviləsi” nəticəsində yarandığını və yeni sazişin 2050-ci ilədək uzadılmasının bir daha Azərbaycanın etibarlı tərəfdaş olmasının göstərici olduğunu vurğuladı.
Fransa XİN: “Azərbaycan Cənubi Qafqaz regionunda Fransanın aparıcı tərəfdaşıdır”
"Azərbaycan Cənubi Qafqaz regionunda Fransanın aparıcı tərəfdaşıdır". Bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfəri ilə bağlı bu ölkənin XİN-in yaydığı bəyənatda bildirib. Bəyanatda qeyd olunub ki, Fransanın enerji mənbələrin təminatı və Avropa ilə Asiyanı birləşdirdiyi təchizat marşrutlar üzərində yerləşən Azərbaycan bu regionda özünəməxsus mövqeyə malikdir.
Moskvada Rusiya-Azərbaycan münasibətləri müzakirə olunacaq
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Mixail Zabelin və Rövşən Rzayev “Moskva-Bakı mehvəri: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün sentyabrın 12-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, konfrans Rusiya-Azərbaycan münasibətlərinin hazırki durumu və gələcək perspektivlərinin dəyərləndirilməsi, xüsusilə Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərinə həsr olunub.
İrandan Azərbaycana gələn turistlərin sayında artım var
"İran vətəndaşları Azərbaycana getmək üçün vizanı artıq 3 saata əldə edə bilirlər". Bu barədə Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş konsulluğundan məlumat verilib. Bildirilib ki, əcnəbilər üçün "ASAN Viza" sisteminin tətbiqi dünyanın müxtəlif ölkələrindən Azərbaycana gəlmək istəyən turistlər üçün əlverişli şərait yaradıb:














