Xarici siyasət

Londonda Qubadlının işğalına qarşı etiraz aksiyası erməniləri qəzəbləndirdi

31 Avqust 2017 12:11

Londonun səs-küylü küçələrindən birində musiqiçinin virtuoz şəkildə ifa edilən skripkanın səsi insan fəryadına bənzəyirdi. Yağış və tutqun səma bu kədərli hadisəyə xüsusi ton verirdi. Matəm içində olduğunu bildirmək üçün qaraya bürünmüş skripkaçı Qubadlının işğalı günündə doğma Vətəni Azərbaycanın kədərli musiqisini ifa edirdi. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən 24 il əvvəl 31 avqust tarixində işğal edilib. “Olaylar” bildirir ki, London küçələrində şəxsi mövqeyin dinc ifa edilməsi Böyük Britaniya qanunlarına uyğun olmasına baxmayaraq, Ermənistan səfirliyinin diplomatı musiqiçinin bu hərəkətinə emosional tərzdə reaksiya verib. Erməni diplomatı hətta musiqiçinin əlindən skripkanı almağa belə cəhd göstərib.

Səfir etimadnaməsini təqdim etdi

26 Avqust 2017 08:30

İqamətgahı Brasiliya şəhərində olan Azərbaycan Respublikasının Surinam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Surinam Respublikasının Prezidenti cənab Desire Delano Bouterseye təqdim edib. "Olaylar" bildirir ki, görüş zamanı Prezident Bouterse ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arasında hər bir sahədə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləmiş və səfir Poluxova işində uğurlar arzuladı.

Türkmənistan prezidenti Azərbaycana gəlir

5 Avqust 2017 09:49

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-i Azərbaycana səfər edəcək. Səfər iki gün davam edəcək. Səfərin təşkili ilə bağlı məsələlər Türkmənistanın Nazirlər Kabinetinin iclasında müzakirə olunub. Q. Berdiməhəmmədovun Bakıya səfəri çərçivəsində bir neçə ikitərəfli rəsmi sənədin imzalanması nəzərə tutulub.

Azərbaycanın turizm imkanları Pakistan mətbuatında

28 İyul 2017 10:58

Pakistanın “The Destination” qəzetində “Azərbaycan – turizm məkanı” sərlövhəli məqalə dərc olunub. Məqalədə zəngin tarixi və mədəni irsi, gözəl təbiəti olan Azərbaycanın dünyanın hər yerindən qonaqları özünə cəlb etdiyi bildirilir, ölkəmizdə turizmin bütün növlərinin inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycanın iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycanda turizm sahəsi gündən-günə inkişaf edir və iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilib.

İstanbulda Türkiyə və Azərbaycanın işgüzar dairələri bir araya gəlib

21 İyul 2017 18:54

Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) Türkiyə-Azərbaycan ikitərəfli biznes və iqtisadi əlaqələrini müzakirə etmək üçün hər iki ölkənin işgüzar dairələrinin iştirak etdiyi yüksək səviyyəli tədbir keçirilib. Tədbir İstanbuldakı “Four Seasons Hotel Bosfor”da baş tutub. Hər il keçirilən və sayca altıncı olan bu toplantı DEİK-in Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə Nümayəndəsi Rəna Rzayeva və "Paşa Bank Türkiyə"nin Baş Meneceri Cənk Eynehan tərəfindən təşkil olunub. Avropa Azərbaycan Cəmiyyətindən "Olaylar" - a bildirilib ki, tədbir təşkilatlarının hər biri öz məruzə və təqdimatında iki ölkə arasında ticarətin indiki vəziyyəti, inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan söhbət açıb.

Elmar Məmmədyarov İƏT Baş katibinin köməkçisi ilə görüşdü

20 İyul 2017 23:36

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin Fələstin və Əl-Qüds məsələləri üzrə köməkçisi Samir Bakr və İƏT-in BMT yanında Daimi nümayəndəsi Akşin Mehdiyevi qəbul edib. Nazirlikdən "Olaylar" - a verilən məlumata görə, Samir Bakr Bakıda BMT və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Yerusəlim məsələsi üzrə Beynəlxalq Konfrans”ın işini yüksək qiymətləndirib və ev sahibliyinə görə Azərbaycan tərəfinə təşəkkür edib. E.Məmmədyarov 2017-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İslam Həmrəyliyi ili" elan edildiyini və Azərbaycanın İƏT-lə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edərək, İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın irəlilədilməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb.

Lionel Zetterin Azərbaycan haqqında məqaləsi

19 İyul 2017 17:32

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetterin “Peace and Sport” təşkilatının İnternet saytında “AZƏRBAYCAN ÖZ İDMANINI QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İNTREQRASİYASI ÜÇÜN NECƏ İSTİFADƏ EDİR” başlıqlı məqaləsi dərc edilib. Məqalədə azərbaycanlı qaçqın və məcburu köçkünlərin cəmiyyətə inteqrasıya olunmasında idmanın rolundan bəhs edilir. Avropa Azərbaycan Cəmiyyəti "Olaylar"  - a  məqalənin oxucular üçün maraqlı olmasını nəzərə alaraq, onun tərcüməsini təqdim edir. http://www.peace-sport.org/opinion/how-azerbaijan-harnesses-sport-as-an-integration-catalyst-for-its-refugees-and-internally-displaced-persons/

Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərə gəlib

16 İyul 2017 18:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Latviya Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Almaniya parlament qrupunun üzvü Stefan Mayer bəyanatla çıxış etdi

13 İyul 2017 14:33

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqındakı CDU/CSU parlament qrupunun üzvü Stefan Mayer bəyanatla çıxış edib.Avropa Azərbaycan Cəmiyyəti bəyanatı “Olaylar” – a təqdim edir.

ABŞ-da  Azərbaycan və regionun strateji əhəmiyyəti müzakirə edildi

11 İyul 2017 09:46

 İyulun 10 – da Vaşinqton şəhərində hazırda nüfuzlu düşüncə mərkəzi olan “İrs Fondu”nda (Heritage Foundation) “Təhlükəsizlik və İqtisadi İnkişaf: İpək Yolu və Xəzər” mövzusunda tədbir keçirilmişdir. Azərbaycanın Amerikadakı səfirliyindən “Olaylar” – a bildirilib ki, tədbirdə ABŞ administrasiyasının rəsmiləri, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, çoxsaylı düşüncə mərkəzlərinin əməkdaşları və müxtəlif ekspertlər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açmış İrs Fondunun vitse-prezidenti Ceyms Karafano tədbirin əhəmiyyətini vurğuladı. Bundan sonra çıxış edən Ağ Evin Mərkəzi Asiya üzrə direktoru David Qambl regionun əhəmiyyətini qeyd edərək və ölkəsinin əməkdaşlığı irəli aparmaqda maraqlı olduğunu bildirdi. O, geniş əməkdaşlıq imkanlarından danışaraq əsasən iki istiqaməti vurğulamışdır: təhlükəsizlik və iqtisadi əməkdaşlıq. D.Qambl ABŞ-ın regionla daha çox iqtisadi əməkdaşlığı üçün zamanın yetişdiyini qeyd etdi.

Patrik Sensburq: “Dinc əhalinin atəşə tutulması hallarına qətiyyətlə son qoyulmal

10 İyul 2017 15:44

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqın Xristian Demokrat İttifaqından  olan deputatı Patrik Sensburq bəyanatla çıxış edib. Avropa azərbaycan Cəmiyyəti bəyanatı “Olaylar” – a təqdim edir. Bəyanatda deyilir: “Füzuli rayonunun dinc sakinləri Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı xəbər məndə böyük təəssüf hissi doğurdu. Erməni işğalçılarının törətdiyi bu vəhşilik nəticəsində əlavə bir çox dinc sakinin ağır xəsarət alması da danılmazdır.

Londondakı Ermənistan səfirliyi qarşısında etiraz  aksiyası

10 İyul 2017 12:13

Dağlıq Qarabağda qoşunların təmas xəttinə yaxın ərazidə baş vermiş qətliama etiraz olaraq Ermənistanın Londondakı səfirliyi qarşısında aksiya keçirilib. İki yaşlı Zəhranın qanlı cəsədini nümayiş etdirən fotoşəkillərini yaydıqdan sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) fəalları və Azərbaycan diaspor üzvləri Ermənistan səfirliyinin pilləkənləri üzərinə beş əzilmiş və qana bulaşmış müqəvva yerləşdiriblər.  Avropa Azərbaycan Cəmiyyətindən “Olaylar” – a bildirilıib ki, rəmzi aksiyanı diaspora üzvləri Füzuli rayon Alxanlı kənd sakinləri olan iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Guliyevanın təmas xəttinə yaxın ərazidə yerləşmiş işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi ilə əlaqələndiriblər. Bu fakt dinc əhalinin təhlükəsizliyi təmin etmək məqsədilə 12 Avqust 1949-cu il tarixdə qəbul olunmuş “Cenevrə Konvensiyası” və digər beynəlxalq sazişlərin tələblərinə ziddir.

TRT1 Alxanlıda

8 İyul 2017 18:35

Türkiyənin TRT1 kanalı Füzuli rayonunun Alxanlı kəndində ermənilər tərəfindən öldürülən Zəhranın yaşadığı evdən reportaj yayımlayıb.  TRT 1 kanalı 2 yaşlı Zəhranın ölümünü dünyaya çatdırmaq məqsədilə “Ana xəbər” burxılışı üçün hazırladıqları özəl bölümü təqdim edib. Aparıcı süjeti yayımlamadan öncə “16 aylıq Zəhranın ölümü erməni təcavüzünün simvolu oldu” deyib.

Nyu Yorkda etiraz aksiyası

8 İyul 2017 16:09

 İyulun 4-də Ermənistanın silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, həmçinin Sərvinaz Quliyevanın ağır yaralanması ilə əlaqədar iyulun 7-də BMT-nin mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndiliyi tərəfindən təşkil edilən aksiyada Nyu York şəhərində fəaliyyət göstərən "Azerbaijan New York Association", "Azerbaijani American Women Association of New York" və digər təşkilatların fəalları iştirak ediblər.