Xarici siyasət

"İllər ərzində dediklərimi indi erməni xalqı deyir"- Prezident

7 İyun 2018 13:54

"Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir". Bu sözləri Prezident İlham Əliyev ötən gün keçirilən iftar mərasimində çıxışı zamanı deyib.

Paşinyan Əliyevlə Qarabağ danışıqlarına hazır olduğunu açıqladı və ŞOK ŞƏRT İRƏLİ SÜRDÜ

7 İyun 2018 13:21

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ üzrə danışıqlara hazır olduğunu açıqlayıb. Paşinyan danışıqlar üçün yenə də beynəlxalq hüquqa uyğun olmayan və danışıqlar prosesinin ruhuna zidd şərtini irəli sürüb.

Paşinyan rejimi süpürülüb atılacaq

7 İyun 2018 13:11

Ermənistanda və Dağlıq Qarabağda baş verən proseslər buna doğru gedir

İstefaya gedən “baş nazir” Cəbrayıl və Ağdam torpaqlarını taladığını açıqladı

7 İyun 2018 12:40

Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qanunsuz hərbi-polis rejiminə etiraz olaraq ötən həftə başlayan etirazlardan sonra dünən istefaya gedən qondarma “dqr dövlət naziri”, yaxud “baş nazir” statusunu daşıyan Araik Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarında talançılıqla məşğul olduğunu etiraf edib. Arutyunyan ötən gün mətbuat konfransı keçirib, istefasının səbəblərinin qondarma rejimə qarşı etirazlar olmadığını deyib. Bildirib ki, Bako Saakyanla görüşəndən sonra istefa vermək qərarına gəlib və əgər Dağlıq Qarabağda digər vəzifəli şəxslər də öz fəaliyyət stilini dəyişməsə onlar ictimaiyyətin təzyiqləri ilə istefa verməli olacaqlar.

“Ermənistan danışıqların ruhuna zidd bəyanatlar verir" - Qabil Hüseynli

7 İyun 2018 12:38

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana səfərində əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların bərpa edilməsi və danışıqlara təkan verməkdir. Məhz birinci Ermənistana getməkdə də məqsəd odur ki, burada hakimiyyət dəyişikliyi baş verib”. Bunu politoloq Qabil Hüseynli deyib.

Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək

7 İyun 2018 12:21

İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.

Azərbaycan səfiri Donald Trampın Ağ evdəki iftar mərasimində iştirak edib

7 İyun 2018 11:31

ABŞ prezident Donald Tramp hakimiyyətdə olduğu bir il yarım ərzində müqəddəs Ramazan ayı münasibətilə ilk dəfə Ağ evdə iftar süfrəsi açıb.

İsrailin və Azərbaycanın bir neçə şəhəri qardaşlaşmaq imkanlarını nəzərdən keçirir

7 İyun 2018 11:26

İsrailin və Azərbaycanın bir neçə şəhəri qardaşlaşmaq imkanlarını nəzərdən keçirir.

"Bakı ilə əlaqəmizə paxıllıq edənlər... "- Liberman

7 İyun 2018 11:16

Yəhudilər Babil sürgünündən etibarən Azərbaycan ərazisində yaşayıb və həmişə özlərini rahat hiss ediblər. Xalqlarımız arasındakı dostluq münasibətləri, dövlətlərimiz arasında dostluq əlaqələri üçün nəzərdə tutulub.

Dünyanın tanınmış universitetlərinin birində Azərbaycan haqqında təqdimat

7 İyun 2018 10:50

Meksikanın ən nüfuzlu və Latın Amerikasının ən böyük Universiteti olan, məşhur Meksika Milli Avtonom Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə Meksikadakı Səfirliyimiz tərəfindən ölkəmiz barədə təqdimat keçirilib. Olaylar.az bildirir ki, 1551-ci ildə yaradılmış UNAM dünyanın yüz ən yaxşı ali təhsil müəssisəsi siyahısına daxildir və eyni zamanda Latın Amerikasının ən yaxşı Universiteti hesab edilir. UNAM dünyada ən böyük hesab edilən kampusa malikdir və onun binası YUNESKO-nun Ümumdünya İrsi obyektləri siyahısına daxildir.

Santa Monika şəhərində  “Azərbaycan Milli Günü” 

7 İyun 2018 09:57

ABŞ-ın Kaliforniya ştatının Santa Monika şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Ted Vinterer (Ted Winterer) tərəfindən müvafiq bəyannamə imzalanıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri bəyanatlar verdi

7 İyun 2018 09:38

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri Stiv Kohen və Bil Şuster Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə bağlı bəyanatlar vermişlər. Olaylar.az bildirir ki, konqresmen Stiv Kohen Azərbaycanı 100 illik münasibətilə təbrik edərək bəyanatda bildirir ki, 28 may Azərbaycan xalqının 1918-ci ildə Rusiya imperiyasından müstəqilliyinin əldə edilməsi və Azərbaycan Demokratik Respublikasının yaranması günü kimi qeyd edilir. Azərbaycanın müstəqilliyinə 1920-ci ildə Sovet qoşunları tərəfindən son qoyulmasına baxmayaraq, Azərbaycan Demokratik Respublikasının dünyada müsəlman çoxluğa malik ilk dünyəvi parlament demokratik respublika kimi formalaşmasının və Prezident Vudro Vilson administrasiyası zamanında ABŞ tərəfindən diplomatik tanınmasının diqqətəlayiq olduğu bəyanatda vurğulanır.