İsrailin və Azərbaycanın bir neçə şəhəri qardaşlaşmaq imkanlarını nəzərdən keçirir
İsrailin və Azərbaycanın bir neçə şəhəri qardaşlaşmaq imkanlarını nəzərdən keçirir.
7 İyun 2018 11:26 Siyasətİsrailin və Azərbaycanın bir neçə şəhəri qardaşlaşmaq imkanlarını nəzərdən keçirir.
Bu barədə "Azərbaycan-İsrail" (Azİs) Beynəlxalq Assosiasiyasının rəhbəri Lev Spivak bildirib.
Onun sözlərinə görə, oktyabrda İsraildə bələdiyyə seçkiləri keçiriləcəyindən hazırda bu məsələyə baxılmasına fasilə verilib.
"Seçkilər başa çatan kimi, bu məsələyə qayıdacağıq. Hələlik konkret "cütlər" yoxdur. Sadəcə, İsrail və Azərbaycandan 5-6 şəhər qardaşlıq əlaqəsi qurmaq istəyir. Vəzifəmiz bu şəhərlərin hansının hansına daha uyğun gəldiyini, hansı şəhərlərin ümumi maraqlarının olduğunu müəyyənləşdirməkdir", - L.Spivak deyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31