Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək
İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.
7 İyun 2018 12:21 Siyasətİyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanı bu toplantıda müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcək.
Toplantıda NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31