Xarici siyasət

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri bəyanatlar verdi

7 İyun 2018 09:38

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri Stiv Kohen və Bil Şuster Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə bağlı bəyanatlar vermişlər. Olaylar.az bildirir ki, konqresmen Stiv Kohen Azərbaycanı 100 illik münasibətilə təbrik edərək bəyanatda bildirir ki, 28 may Azərbaycan xalqının 1918-ci ildə Rusiya imperiyasından müstəqilliyinin əldə edilməsi və Azərbaycan Demokratik Respublikasının yaranması günü kimi qeyd edilir. Azərbaycanın müstəqilliyinə 1920-ci ildə Sovet qoşunları tərəfindən son qoyulmasına baxmayaraq, Azərbaycan Demokratik Respublikasının dünyada müsəlman çoxluğa malik ilk dünyəvi parlament demokratik respublika kimi formalaşmasının və Prezident Vudro Vilson administrasiyası zamanında ABŞ tərəfindən diplomatik tanınmasının diqqətəlayiq olduğu bəyanatda vurğulanır.

Şoyqunun çağırışına reaksiya: "Bakının buna ehtiyacı yoxdur!"

6 İyun 2018 16:04

Azərbaycanın bu prosesə qoşulması indiki mərhələdə heç danışıqlar predmeti belə deyil.

"Kreml kimə güvənəcək: Əliyevə, ya Nikola?" - Rosbalt

6 İyun 2018 16:02

"Paşinyan özünün qərbyönlü olmadığına Rusiyanı inandıra bilməyəcək". Bu iddia rusiyalı jurnalist İrina Corbenadzenin “Rosbalt” agentliyindəki məqaləsində yer alıb.

Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinə üzv seçilib

6 İyun 2018 15:57

Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.

Namiq Əliyev: “Qarabağ klanının regionda aksiyaların başlanmasında rolu istisna olunmur”

6 İyun 2018 15:07

“Dağlıq Qarabağda etiraz aksiyalarının başlanmasına iki aspektdən yanaşmaq lazımdır”. Bunu “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.

Zakir Həsənov Rusiyada səfərdədir

6 İyun 2018 13:36

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərinə gedib.

"Trampın komandasında Bakını dərk edənlər var"- Brayza

6 İyun 2018 11:53

TAP-a qarşı İtaliya və Yunanıstanda olan etirazların heç bir obyektiv əsası yoxdur. Bunu “Haqqin.az” saytına açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfəri Metyu Brayza deyib.

ABŞ Helsinki Komissiyasının sədri senatoru Azərbaycanı təbrik etdi

6 İyun 2018 09:16

ABŞ Senatının Missisipi ştatını təmsil edən respublikaçı üzvü, ABŞ Helsinki Komissiyasının sədri senator Rocer Uiker Azərbaycanın milli bayramı – 28 May Respublika gününün 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib. Olaylar.az bildirir ki, bəyanatda ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu, 1920-ci ildə bolşeviklərin ölkəyə müdaxiləsilə ölkənin Sovet İttifaqının tərkibinə qatıldığı, lakin Sovet İttifaqının çökməsi ilə Azərbaycanın yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi və ABŞ-ın yenidən Azərbaycanın müstəqilliyini tanıyaraq 1992-ci ildə diplomatik əlaqələr qurduğu vurğulanıb.

Türkiyəli ekspert: "Ermənistanda hakimiyyət uğrunda mübarizə Qarabağ məsələsi ətrafında qurulub"

5 İyun 2018 17:00

"Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda problemlə üzləşibⅦ. Bunu Trend-ə “Strategic Outlook” beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu deyib.

Qarabağdakı aksiyada Azərbaycan MƏQAMI: erməni şərhçilər HƏR ŞEYİ AÇDI

5 İyun 2018 16:55

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin qondarma rejimə qarşı aksiyası başa çatıb. Bundan sonra baş verəcəklər haqda müxtəlif proqnozlar səsləndirilir. Ermənistan mediası etiraz aksiyasının səbəblərini araşdırır.