Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinə üzv seçilib
Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.
6 İyun 2018 15:57 SiyasətAzərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.
Bu barədə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov bildirib.
Azərbaycan bu postu 2018-2022-ci illərdə tutacaq.
A.Kərimov Azərbaycanın namizədliyini dəstəkləyən bütün ölkələrə minnətdarlığını bildirib.
Qeyd edək ki, Komitəyə Azərbaycanla birlikdə Hollandiya, Polşa, Yamayka, Çin, Yaponiya, Qazaxıstan, Şri-Lanka, Kamerun, Cibuti, Toqo və Küveyt seçilib.

Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31