"İllər ərzində dediklərimi indi erməni xalqı deyir"- Prezident

"Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir". Bu sözləri Prezident İlham Əliyev ötən gün keçirilən iftar mərasimində çıxışı zamanı deyib.

"Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir".

Bu sözləri Prezident İlham Əliyev ötən gün keçirilən iftar mərasimində çıxışı zamanı deyib.

"Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir", - Prezident bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31