Xarici siyasət

Cəbhədə atəşkəs yenə pozuldu

10 Yanvar 2019 12:12

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı, Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Vaşinqton-Ankara arasında növbəti gərginlik

9 Yanvar 2019 16:00

Türkiyədə məlum dövlət çevrilişinə cəhddən sonra gərginləşən, daha sonra Suriyada həyata keçirilən “Zeytun budağı” əəməliyyatı və keşiş qalmaqalı ilə bir qədər də böyüyən Vaşinqton-Ankara münasibətlərini hər vəchlə normallaşdırmağa, iki ölkə arasında qeyd edilən son problemlərə qədər mövcud olan müttəfiqliyi və strateji tərəfdaşlığı bərpa etməyə cəhdlər göstərilsə də, lakin görünən odur ki, tərəflər arasında müsbət dinamikanı əldə etmək hələlik mümkün görünmür.

İkili standartlar, yoxsa Avropanın Azərbaycana nifrəti?

9 Yanvar 2019 13:49

Gənclərin qanına susayan milli satqınlar özlərini hərraca çıxarıblar Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyavi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Dövət müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mühüm addımlar atılıb. Söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar Azərbaycanın demokratik inkişafının mühüm və ayrılmaz tərkib hissələri kimi qəbul edilməkdədir.

Azərbaycan qlobal nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilib

9 Yanvar 2019 13:26

Gövhər Baxşəliyeva: “ Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır” Narahat dünyamızda bir çox siyasi, ictimai, iqtisadi, hərbi hadisələrlə, proseslərlə zəngin olmuş 2018-ci il artıq başa çatdı, tarixə qovuşdu. Bütün dünyanın qlobal kataklizmlərlə, sarsıntılarla qarşılaşdığı ildə ölkəmiz nəinki sabitliyi, əmin-amanlığı qoruyub saxladı, həyatın bütün sahələrində irəliyə doğru inamlı addımlar ataraq, bir çox uğurlara nail oldu, inkişafının yeni mərhələsinə qədəm qoydu. Millət vəkili Gövhər Baxşəliyeva qeyd edib ki, daha bir ilə əlvida deyib, yeni ümidlər, yeni arzularla və yeni-müsbət gözləntilərlə 2019-cu ilə qədəm qoyduq.

Ermənistanın beynəlxalq aləmdə mövqeyi daha da zəifləyib

9 Yanvar 2019 13:07

Yeni İcmanın fəaliyyəti dünya ermənilərinə qarşı mübarizə imkanlarını artırır Son illərdə həyata keçirilən uğurlu xarici siyasət dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsi, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına səbəb olub. Azərbaycanın uğurla davam etdirdiyi müstəqil və çox şaxəli xarici siyasət kursu ölkəmizi Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.