30 ilə yaxın uğurla inkişaf edən Bakı-Təl-Əviv münasibətləri

Azərbaycan bir qayda olaraq xarici siyasətdə qarşılıqlı faydalı əməkdaşlıq, dostluq-qardaşlıq münasibətlərinə üstünlük verir və bu istiqamətdə siyasətini davam etdirir.

Azərbaycan bir qayda olaraq xarici siyasətdə qarşılıqlı faydalı əməkdaşlıq, dostluq-qardaşlıq münasibətlərinə üstünlük verir və bu istiqamətdə siyasətini davam etdirir. Bu istiqamətdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın əksər ölkələri ilə normal münasibətlər qurub və bu münasibətlər hər ötən gün daha da inkişaf edir. Azərbaycanın xarici siyasətdə qarşılıqlı faydalı əməkdaşlıq qurduğu və bu əlaqələri hər ötən gün inkişaf etdirdiyi ölkələrdən biri də İsraildir. Bu günlərdə Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının ildönümüdür. 30 ilə yaxındır ki, Bakı ilə Təl-Əviv arasında əlaqələr, qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf edir. Hüquqşünas Əli İbrahimov deyib ki, 7 aprel 1992 - Azərbaycan Respublikası İsrail ilə diplomatik əlaqələr qurub. Onun sözlərinə görə, İsrail dövləti hər zaman Azərbaycana dəstək olub. Ən cətin anlarda Yəhudi milləti Azərbaycan xalqının yanında yer alıb, bizim xalqlar arasında tarixi bağlılıq və danılmaz xoş münasibətlər olub və bu münasibətlər bu gündə davam edir: "Allah İsrail - Azərbaycan münasibətini daim xoş və mehriban etsin. Azərbaycan və Yəhudi xalqı hər zaman mehriban qardaş münasibətlərində bir birlərinə dəstək olsunlar. 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik əlaqə isə 7 aprel 1992-ci ildə qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. İki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib. 28 yanvar 1995-ci ildə Prezident Heydər Əliyev İsveçrədə keçirilən Dünya İqtisadiyyat Forumunda İsrailin Xarici İşlər Naziri Şimon Pereslə, elə həmin il 22 oktyabrda BMT Baş Məclisinin iclasında İsrailin Baş Naziri İshaq Rabinlə, 11 yanvar 1996-cı ildə Fransanın keçmiş prezidenti Fransua Mitteranın dəfn mərasimində İsrailin artıq Baş Naziri olan Şimon Pereslə, 2 dekabr 1996-cı ildə isə ATƏT-in dövlət başçılarının Lissabonda toplantısı çərçivəsində İsrailin Baş Naziri Benyamin Netanyahu ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib. 29 avqust 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana qısamüddətli səfər edib və Prezident Heydər Əliyevlə görüşüb. Heydər Əliyev ATƏT-in Lissabon zirvə toplantısında Natenyahu ilə görüş və danışıqlarından, həmçinin onun İsrail hökuməti adından Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında lazımı köməklik göstərməyə hazır olduğu barədə bəyanatından məmnun qaldığını bildirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Heydər Əliyev münaqişənin Lissabonda irəli sürülən prinsiplər əsasında həll olunmasına tərəfdar olduğunu vurğulayıb. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılması qərara alınıb. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirib: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır."

Əli İbrahimov bildirib ki, Prezident Heydər Əliyev 18 noyabr 1999-cu il tarixdə Türkiyədə ATƏT-in sammitində İsrailin Baş Naziri Ehud Barakla görüşüb: "İki ölkə arasında yaranmış münasibətlərdən bəhs edə Azərbaycan Prezidenti bildirib: "Xaricdə yaşayan yəhudilərin nümayəndələri tez-tez ölkəmizə ziyarət edirlər. Ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsi üçün geniş imkanlar vardır. Bu münasibətlərin daha da genişləndirilməsi olduqca zəruridir." 2000-ci ilin 6 sentyabrında Prezident Heydər Əliyev ABŞ-da İsrailin Baş naziri Ehud Barakla yenidən görüşüb. İki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də diqqətlə yanaşır. Onun İsrail dövlət başçıları ilə, əsasən də Şimon Pereslə bir sıra görüşləri olub. Prezidentlər İlham Əliyev və Şimon Peres 2006-cı ilin iyun ayındaAstanada ( Ş. Peres o zaman İsrail Baş Nazirinin müavini idi), 10 avqust 2008-ci il tarixində Pekində Olimpiya Oyunlarının açılış mərasimi zamanı və 30 yanvar 2009-cu ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda görüşüblər. 28-29 iyun 2009-cu ildə Azərbaycan-İsrail münasibətləri tarixində ilk dəfə olaraq İsrail prezidenti 3 nazir və 50 nəfər iş adamı ilə birgə Azərbaycana rəsmi səfərə gəlib. İsrail Prezidenti Şımon Peresin səfəri zamanı Azərbaycan və İsrail prezidentlərinin iştirakı ilə iki müqavilə imzalanıb. Bu sənədlərdən biri kommunikasiya sahəsində əməkdaşlığı, digəri isə təhsil, elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutur. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31