Türkiyədə müəllimləri daşıyan avtobus aşdı: yaralananlar var

Türkiyədə müəllimləri daşıyan avtobus aşıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bitlis şəhərinin Adilcevaz rayonunda qeydə alınıb.

Məlumata görə, nəticədə 10 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Qəzaya səbəb sürücünün idarəetməni itirməsi göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00