Mağazadan qəbz almayanlara xəbərdarlıq: Cərimə olunacaqlar
23 İyul 19:46 TrTürkiyədə Xəzinədarlıq və Maliyyə Nazirliyinin tətbiq etdiyi gəliri artıran qaydalar çərçivəsində qəbz və faktura almayanları rekord məbləğdə cərimə gözləyir.
Olaylar.az publika.az-a istinadən xəbər verir ki, nazirlik tərəfindən gəlir artırıcı qaydalar çərçivəsində qəbz və qaimə-faktura kimi sənədlərin verilməsi üçün yeni əsasnamə imzalanıb.
Fakturada qəbz almayanları yeni qaydaya əsasən ağır cəza gözləyir. Bunda məqsəd qeydiyyatsız ticarətin azaldılmasıdır. Bu həftə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacağı gözlənilən vergi paketindəki cəza maddələrinin artırılması səbəbindən, həm müəssisələr, həm də istehlakçılar ciddi cəzalarla üzləşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31