Türkiyə prezidenti 18 ildən sonra CHP-nin Baş qərargahına gedib
11 İyun 2024 17:45 TrTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün 18 ildən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş qərargahına gedib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, Ərdoğanla CHP sədri Özgür Özel arasında görüş keçirilir.
Görüşdə Ərdoğanın Türkiyənin yeni konstitusiyanın qəbulu məsələsinə toxunacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda ölkənin mövcud konstitusiyasını əvəz etmək üçün yeni konstitusiyasının hazırlanmasının və qəbul edilməsinin zəruri olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31