Ərdoğan: “Akkuyu” AES-in birinci enerji blokunun tikintisi 90% tamamlanıb”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Akkuyu" Atom Elektrik Stansiyasının birinci enerji blokunun tikintisinin 90% tamamlandığını bildirib.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, dövlət başçısı bunu Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

"Hazırda birinci enerji blokunun tikintisinin 90% yekunlaşıb", - ölkə lideri qeyd edib.

Onun sözlərinə görə, artıq mütəxəssislər enerji blokunun reaktorunun mexaniki sınaqlarına başlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31