Bu ölkənin vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə biləcək

Rumıniya vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə biləcək.

Olaylar.az türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniyanın baş naziri Marsel Çiolaku ilə birgə mətbuat konfransında bildirib.

Ərdoğan qeyd edib ki, bununla bağlı qayda həyata keçirilib.

"Fürsətdən istifadə edərək bildirmək istərdim ki, Rumıniya vətəndaşlarına şəxsiyyət vəsiqəsi ilə ölkəmizə səyahət etmək imkanı verəcək qaydanı həyata keçirmişik", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31