Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
8 May 2024 20:45 TrAzərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır.
Olaylar.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.
Onun sözlərinə görə, regionda sabitliyə nail olunmalıdır.
Ərdoğan Bakı ilə İrəvan arasında əldə olunan irəliləyişdən məmnun olduğunu və iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31