Regionda sülh və sabitliyin təmin olunmasına çalışırıq – Ərdoğan
26 Aprel 2024 18:01 TrBölgəmizdə sülhün, əmin-amanlığın, firavanlığın və təhlükəsizliyin hökm sürməsi üçün səmimiyyətlə səy göstəririk.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Parlamentlərarası Qüds Platformasının 5-ci Konfransında çıxışında deyib.
Onun sözlərinə görə, Türkiyə dünyanın müxtəlif regionlarında, o cümlədən, Qafqazda sabitliyin təmin olunmasına çalışır.
"Qəzzaya yardımlarda da Türkiyə ilk sıradadır", - deyə Ərdoğan əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31