Türkiyədə “X” məhdudlaşdırılacaqmı?- ÖZƏL

Ötən ildən Türkiyə sosial media platformalarının ölkədə təmsilçilərinin olmasını tələb edir. Bu çərçivədə "Meta" kimi şirkətlərin Türkiyədə nümayəndələri var. 

Olaylar.az xəbər verir ki, "X" (və ya Twitter) bu qərara əməl etməyib və hələ ki, nümayəndə təyin etməyib. Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu mövzu ilə bağlı açıqlama verib. 

Naziri Abdulkadir Uraloğlu "X" sosial media platformasının Türkiyədə nümayəndəlik açmadığını bildirib. O bildirib ki, bu kontekstdə şirkətə qarşı hüquqi sanksiyalar tətbiq oluna bilər. Artıq platformada reklam qadağasının qoyulduğunu deyən Uraloğlu, yeni sanksiyaların gündəmdə olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31