Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə bağlanıb

Aprelin 29-da Türkiyədə "Meta" şirkəti yerli antiinhisar orqanının qərarı ilə "Threads" xidmətinin fəaliyyətini dayandıracaq.

Olaylar.az bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Türkiyənin Rəqabət Təşkilatı mart ayında "Threads" və "Instagram" (Meta-ya məxsus) arasında məlumat mübadiləsini qadağan edən müvəqqəti qərar verib.

Qeyd edək ki, "Meta" şirkəti Rusiyada ekstremist elan edilib və qadağan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31