Türkiyədə tətilin ilk 4 günü 2500-ə yaxın qəza olub
10 Aprel 2024 17:34 TrTürkiyədə Ramazan bayram tətilinin ilk 4 günündə baş vermiş yol qəzaları 26 nəfərin həyatına son qoyub.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə səhifəsində bildirib.
O qeyd edib ki, 4 gündə ölkə ərazisində ümumilikdə 2453 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalarda vəfat edən 26 nəfərdən başqa, 3870 nəfər xəsarət alıb.
Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar Türkiyədə 9 günlük (06-14 aprel) tətil elan edilib. Tətil günlərində milyonlarla insanın böyük şəhərlərdən ölkənin bölgələrinə və istirahət zonalarına axını müahidə edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31