Ankarada güclü yanğın baş verdi - VİDEO

Türkiyə paytaxtında təkər tullantıları toplanan ərazidə yanğın baş verib. Hadisənin səbəbləri hələ məlum deyil.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, əraziyə 80-ə yaxın yanğınsöndürən maşın cəlb edilib, yanğının söndürülməsi sahəsində işlər aparılır.

Hələlik hadisə nəticəsində həyatını itirən və ya yaralananlar barədə məlumat yoxdur.

Rəsmi açıqlama gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31