Türkiyənin səkkiz vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib – Ali Yerlikaya
24 Mart 2024 19:15 TrTürkiyənin səkkiz vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib.
Olaylar.az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya öz social media hesabından bildirib.
O qeyd edib ki, İŞİD-ə qarşı həyata keçirilən "BOZDOĞAN-16" əməliyyatlarında 40 şübhəli ələ keçirilib.
"1 iyun 2023-cü il - 23 mart 2024-cü il tarixləri arasında İŞİD Terror Təşkilatına qarşı ümumilikdə 1 316 əməliyyat həyata keçirdik. Əməliyyatlar zamanı 2 min 733 şübhəli tutulub. Bunlardan 692 nəfəri həbs edilib, 529-u barəsində məhkəmə nəzarəti qərarı verilib" - deyə Yerlikaya bildirib.
Ali Yerlikaya qeyd edib ki, heç bir terrorçuya qarşı dözümlülük nümayiş edilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31