Türkiyədə fabrikdə partlayış baş verib.
Olaylar.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə Kocaelinin Gebze bölgəsində olub.
Qeyd edilib ki, partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.