Türkiyənin Antalya şəhərinin Demre rayonu sahillərində 4,7 bal gücündə zəlzələ baş verib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ ətraf şəhər və rayonlarda da hiss olunub.
İlkin məlumata görə, zəlzələ heç bir dağıntı yaratmayıb.