Ölümlə nəticələnən qəzanı törədən yeniyetmə oğlunu qaçaq yolla Misirə aparan türkiyəli yazıçı Eylem Tokla bağlı yeni detallar üzə çıxıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, yazar oğlunu Misirdən ABŞ-yə aparıb. Eylem Tokun həyat yoldaşı, həkim Bülent Cihantimur daha öncə verdiyi açıqlamada oğlunun xarici ölkəyə qaçırılması ilə bağlı məlumatının olmadığını desə də, onların hava limanına birlikdə getməsi məlum olub.
Bundan başqa, yazıçının qəzadan sonra bir daha hadisə yerinə getməsi və dəlilləri gizlətməyə çalışması da bəlli olub.
Belə ki, o, oğlunun qəza törətdiyini öyrəndikdən sonra təcili özünü hadisə baş verən yerə çatdırıb. Oğlunu oradan götürərək evə aparıb. Daha sonra həmin məkana qayıdıb. Bildirilir ki, səbəb heç də yaralılara kömək etmək yox, sübutları gizlətmək olub.
.png)
.png)