Türkiyədə icbari fəlakət sığortası tətbiq olunacaq

Türkiyədə bu ildən icbari fəlakət sığortası tətbiq olunacaq.

Olaylar.az türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin xəzinə və maliyyə naziri Mehmet Şimşek deyib.

O qeyd edib ki, 2024-cü il üçün islahat proqramı olacaq.

"Bu islahatın tərkib hissələrindən biri də mövcud sığortanın əhatə dairəsini genişləndirməkdir. İcbari zəlzələ sığortası bəzi ölkələr üçün nümunədir. Türkiyə zəlzələ zonasıdır, bu, bir həqiqətdir. Bu il ərzində, 2024-cü ilin 3-cü və ya 4-cü rübündə icbari fəlakət sığortasının tətbiqi planlaşdırılıb.

Zəlzələ sığortasının əhatəsi çox məhduddur. Yalnız binaları əhatə edir. Fəlakət sığortası isə bütün digər riskləri də əhatə edəcək", - nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31