Türkiyədə yenə GÜCLÜ ZƏLZƏLƏ OLDU

Çanaqqalada 4,6 bal gücündə zəlzələ baş verib.

Olaylar.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  zəlzələ saat 16.09-da qeydə alınıb.

İstanbul və ətraf vilayətlərdə də hiss olunub.

AFAD zəlzələnin 7 kilometr dərinlikdə ölçüldüyünü bildirib.

Zəlzələni hiss edənlər qısa müddətli çaxnaşma yaşasa da, heç bir neqativ hal qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31