Türkiyə kəşfiyyatı PKK-nın terrorçusunu ələ keçirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Kəşfiyyat İdarəsi birgə əməliyyat keçiriblər.

Olaylar.az türk KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat zamanı PKK terror təşkilatının üzvlərindən olan, "Mazlum Mardin" kod adlı Murat Kızıl Avropaya qaçmağa fürsət tapmadan ələ keçirilib.

Araşdırmalar nəticəsində terrorçu Murat Kızılın gizləndiyi yer müəyyən edilib. Murat Kızıl Türkiyəyə gətirilib və məhkəmə məsuliyyətinə cəlb edilib.

Qeyd edilib ki, 2015-ci ildə PKK-nın çöllük kadrlarına qoşulan Suriya və İraqda terror fəaliyyəti göstərib. O, "Silahlı terror təşkilatına üzv olmaq" maddəsi üzrə axtarışda olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31