TÜRKİYƏ Türkiyəli məşhur aşpaz Nusretdən maraqlı paylaşım- FOTO
21 Fevral 2024 19:08 TrMəşhur türkiyəli aşpaz, yeməkləri özünəməxsus tərzdə duzlaması ilə tanınan Nusret Gökçe maraqlı paylaşım edib.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, Nusret Gökçenin öz "Instagram" hesabında yayımladığı videoda Qırğızıstanın Bişkek şəhərində yollara duz səpən maşının arxasına Nusretin fotosu yapışdırılıb.
Qeyd edək ki, video Bişkek avtomobil nəqliyyatı müəssisəsinin sosial şəbəkə səhifələrində dörd il əvvəl yayımlanıb. O zaman müəssisənin mətbuat xidmətinin əməkdaşı Jibek Karakeyeva xüsusi maşının yola sənaye duzunun töküldüyü hissəsində Nusret Gökçenin fotosunu quraşdırıb.
Bildirək ki, Bişkekdə hazırda kommunal xidmətlər yollarda və səkilərdə qar və buzla mübarizə aparmağa çalışırlar.
Məqaləyə dair fotomateriallar:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
.jpg)