Aktrisanın etirafı gündəmi silkələdi: “Anam üzümə tüpürdü, atam isə...”
8 Fevral 2024 19:10 Tr"Sihirli Annem" serialındakı Tuğçe obrazı ilə məşhurlaşan aktrisa Damla Ersubaşı etirafı ilə gündəmi silkələyib.
Olaylar.az yenisabah.az-a istinadən xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi vaxtilə hamilə qaldığı üçün evləndiyini etiraf edib.
Bundan xəbər tutanda ailəsinin sərt reaksiya verdiyini deyən Ersubaşı bildirib: "Anam bunu eşidəndə üzümə tüpürdü, atam bir müddət mənimlə danışmadı".
Qalmaqallı şəkildə boşandığı 2 övladının atası Mustafa Can Keserlə münasibətindən danışan Damla Ersubaşı tanışlığından söz açıb:
"Keçmiş ərimlə bir dost vasitəsilə tanış olduq. Onu ilk dəfə görəndə çox bəyəndim. İl yarım görüşdük, sonra hamilə qaldım, evləndik. Onda 3 aylıq hamilə idim. Hamilə qalmasaydım da, evlənəcəkdim.
Ailəm hamilə olduğumu sonradan öyrəndi. Atam bir müddət mənimlə danışmadı. Anam üzümə tüpürdü. Erkən yaşda ailə qurduğuma çox peşman oldum".