Xankəndidə Mədəniyyət Mərkəzinin binası təmir olunacaq
29 Oktyabr 2024 13:43 TikintiXankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binasının təmiri işlərinə başlanılır.
Bu barədə Olaylar dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Belə ki, Xankəndi şəhərində yerləşən "Mədəniyyət mərkəzi"nin binasının bərpasının layihəsi işlərinin hazırlanması həyata keçiriləcək.
Məlumata görə, artıq Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icarsını "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutuna həvalə edib və onunla dəyəri 328.060,31 AZN (328 min 60 manat 31 qəpik) olan müqavilə bağlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31